
ABŞ Prezidenti Cozef Bayden HƏMAS yaraqlılarının “Əl-Qaidə”dəki terrorçulardan betər olduğunu deyib.
“AVESTA.AZ” ə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı ölkəsinin Pensilvaniya ştatının Filadelfiya şəhərində çıxış edərkən danışıb.
“Bu hücum haqqında nə qədər çox öyrəniriksə, bir o qədər dəhşətli olduğu ortaya çıxır. 27 amerikalı da daxil olmaqla, mindən çox günahsız insan ölüb”.
Siyasətçinin sözlərinə görə, “bu oğlanlarla müqayisədə “Əl-Qaidə” saf görünür”.
“Onlar əsl şərdirlər”, – Prezident əlavə edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.