14-10-2023, 16:03 455

Naxçıvan Ali Məclisinin xüsusi iclası keçirilib, bəyanat qəbul olunub

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü münasibətilə xüsusi iclası keçirib.

“AVESTA.AZ”un yerli bürosunun xəbərinə görə, toplantının gündəliyinə bir məsələ - İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə əlaqədar bəyanatın qəbul olunması daxil edilib.

Ali Məclis sədrinin müavini Anar İbrahimov xatırladıb ki, 20 il bundan əvvəl – 2003-cü ildə İlham Əliyev ilk dəfə Prezident seçilib.

“Çoxşaxəli və zəngin fəaliyyətində dövlət başçısının əsas nailiyyətlərindən biri Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, işğalda olan ərazilərimizin geri qaytarılması ilə nəticələnən 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdir. Bu gün bizim mükəmməl institutlarımız, güclü iqtisadiyyatımız, müdafiə potensialımız, düşünülmüş inkişaf strategiyamız və ən əsası isə dünyada tanınan və nüfuz sahibi olan cənab İlham Əliyev kimi liderimiz var”, - o vurğulayıb.

A.İbrahimov deputat həmkarlarını və onların seçicilərini əlamətdar hadisə münasibətilə təbrik edib.

Daha sonra Ali Məclisin deputatları - Əmir Babayev, Ehtibar İsmayılov, Yeganə Məmmədova, Hacıfəxrəddin Səfərli, Ehtimad Məmmədov, Vüsalə Əliyeva və Asim Əliyev çıxış ediblər.

Çıxışlarda Azərbaycanda bütün sahələrdə əldə edilən yüksək göstəricilərin Ulu Öndər Heydər Əliyevin milli inkişaf modelinin uğurlu tətbiqinin nəticəsi olduğu, sosial-siyasi islahatların ardıcıl həyata keçirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və digər bu kimi strateji tədbirlərin Azərbaycanın dinamik inkişafını təmin edən əsas faktorlar olduğu diqqətə çatdırılıb.

Bildirilib ki, Ümummilli Lideri müstəqil Azərbaycanın qurucusu, bugünkü uğurların müəllifi olmaqla bərabər, banisi olduğu dövlətçilik irsinin əbədiyaşarlığını təmin edən, ölkəmizi dünyada lider dövlətə çevirən, nəyin bahasına olursa-olsun dövlət müstəqilliyini qoruyub möhkəmləndirən qüdrətli varisi də yetişdirib. Bu gün Ulu Öndərin mənəvi-siyasi irsinin layiqli davamçısı, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır.

Deputatlar Prezident İlham Əliyevin ümumxalq seçkilərində xalqın səsini qazanaraq dəfələrlə qalib gəldiyini, ölkə başçısı seçildiyi ilk gündən bu günə kimi verdiyi vədləri yerinə yetirdiyini, bununla da Azərbaycanı dünyanın güclü dövlətlərindən birinə çevirdiyini diqqətə çatdırıblar.

Qeyd olunub ki, xalq-iqtidar birliyinin yaranması, xalqın Prezidentinin ətrafında bir yumruq kimi birləşməsi bütün çətinliklərin öhdəsindən gəlinməsini şərtləndirdi. Ölkə başçısının həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycanda söz, fikir azadlığı, güclü iqtisadiyyat, güclü ordu, əhalinin sosial rifahının yaxşılaşdırılması kimi mühüm məsələlər öz həllini tapıb.

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi dövründə yetişən gənclik və şanlı ordumuz qızıl hərflərlə Zəfər salnaməsi yazdı, 30 illik işğalçılıq siyasətinə son qoyuldu, ərazi bütövlüyümüz, tarixi ədalət bərpa olundu. Uğurla başa çatan antiterror tədbirləri ilə isə Azərbaycan bütün dünyaya öz gücünü bir daha nümayiş etdirdi, suverenliyimiz təmin olundu. Hazırda dövlət başçısının rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işləri sürətlə davam etdirilir, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında məskunlaşması prosesi həyata keçirilir.

Bildirilib ki, dövlət başçısının diqqət və qayğısı nəticəsində Azərbaycan bütün sahələrdə - iqtisadiyyat, müdafiə, təhsil, səhiyyə, turizm, mədəniyyət və digər istiqamətlərdə böyük uğurlara imza atıb. Buna görədir ki, ölkəmiz inkişaf dinamikasına görə dünyada lider dövlətlərdən biri kimi özünü təsdiqləyib. Hazırda ölkənin bütün bölgələri kimi Naxçıvan Muxtar Respublikası da dinamik inkişaf edir. Muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı 2023-2027-ci illəri əhatə edən dövlət proqramının qəbul olunması, Zəngəzur dəhlizinin açılması istiqamətində həyata keçirilən tədbirlər bunun əyani sübutudur.

Çıxışlarda deputatlar Ulu Öndərin əsasını qoyduğu inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin inkişafının daha da sürətlənəcəyini, yeni-yeni uğurlara imza atılacağını vurğulayıb, təbriklərini çatdırıb, İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bəyanatına dəstək ifadə ediblər.

İclasda deputat Aidə Cəlilzadə İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bəyanatını oxuyub.

Bəyanat səsə qoyularaq qəbul edilib.

Paylaş

Xəbər lenti

Bakıda obyekt səkini zəbt etdi - Qurumdan maraqlı açıqlama: "Uzun illər öncə tikilib" Bu gün, 23:48 Pentaqon rəhbəri ABŞ qoşunlarının Yaxın Şərqdəki bazalardan çıxarılmasını istisna etməyib Bu gün, 23:48 Həyəcan təbili çalındı: Konqoda Ebola misli görünməmiş sürətlə yayılır Bu gün, 23:48 Sabah Masazırın bir hissəsində işıq olmayacaq Bu gün, 23:48 ABŞ-İran münaqişəsi yenidən ALOVLANDI: Yaxın Şərq yeni qarşıdurma mərhələsinə daxil olur? Bu gün, 22:48 ABŞ Yaxın Şərqdəki bazalardan qoşunları çıxarır? - Heqset AÇIQLADI Bu gün, 22:48 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib Bu gün, 22:48 Zelenski: Ukrayna vacib danışıqlara hazırlaşır Bu gün, 22:48 Oman Hörmüz boğazında üzən mina ehtimalı barədə xəbərdarlıq edib Bu gün, 21:48 AP: ABŞ blokadanı yarmağa çalışan ticarət gəmisini sıradan çıxarıb Bu gün, 21:48 Ukraynada insanabənzər döyüş robotları peyda olub Bu gün, 21:48 Britaniyalı nazir: Azərbaycan təhlükəsizlik və diplomatik sahəsində vacib tərəfdaşdır Bu gün, 20:48 İsrail Ordusu: "Hizbullah"ın artilleriya qərargahı məhv edilib Bu gün, 20:48 İtaliya təlim missiyası çərçivəsində Rumıniyaya 100 əsgər və qırıcı təyyarələr göndərəcək Bu gün, 20:48 "Daily Express" Okamponun siyasi manipulyasiyalarını və sülh prosesinə müdaxiləsini ifşa edir Bu gün, 19:48 Azərbaycana Afrikadan turist axını 10 %-ə yaxın artıb Bu gün, 19:48 Yuxarı Qarabağ kanalından qadın meyiti tapılıb Bu gün, 19:48 Azərbaycan banklarına depozit qoyuluşu azalıb Bu gün, 18:48 Ukrayna Rusiyanın 16 vətəndaşına və 31 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib Bu gün, 18:48 "Liverpul" klubu Arne Slotla yolları ayırdığını açıqlayıb Bu gün, 18:48 DÇ-2026-da ən bahalı yığma komanda hansıdır? Bu gün, 17:48 Litva xarici işlər naziri məlumat sızmasının qurbanı olub Bu gün, 17:48 Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb Bu gün, 17:48 Münxen beynəlxalq hava limanı naməlum uçan obyektə görə fəaliyyətini dayandırıb Bu gün, 16:48 İİTKM rəsmisi: "Yeni Dövlət Proqramı aqrar sektorda bütöv dəyər zəncirinin qurulmasına xidmət edir" Bu gün, 16:48 Makqreqor beş ayda 12 dəfə dopinq testindən keçib Bu gün, 16:48 Suşi sevənləri məyus edən xəbər: Düzgün hazırlanmaması hansı xəstəliklərə səbəbdir? Bu gün, 16:48 Xətai rayonunda oğurluq edən 3 nəfər saxlanılıb Bu gün, 15:48 Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 9 % artıb Bu gün, 15:48 Laosda su basmış mağaradan 10 gündən sonra dörd nəfər xilas edilib Bu gün, 15:48 Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb Bu gün, 14:48 Pentaqon silah istehsalını kəskin şəkildə artırmağı planlaşdırır Bu gün, 14:48 May ayının son gününə olan hava proqnozu açıqlanıb Bu gün, 14:48 Gürcüstanda iki ölkənin xeyrinə casusluq edən QHT rəhbəri həbs olunub Bu gün, 13:48 Sərhəddə ƏMƏLİYYAT: Narkotik və yüzlərlə psixotrop həb ələ keçirildi Bu gün, 13:48 Yaponiyalı alimlər xroniki yorğunluğu B qrupu vitaminlərinin çatışmazlığı ilə əlaqələndiriblər Bu gün, 13:48 İlham Əliyev Zoran Milanoviçi təbrik edib Bu gün, 12:48 "Subway Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları üçün KVN gecəsinə səfər təşkil edib Bu gün, 12:48 Bu gün böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin doğum günüdür Bu gün, 12:48 Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb Bu gün, 12:48 Rusiya Ermənistandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb Bu gün, 11:48 Ağdərədə itkin düşən ailəyə aid olduğu ehtimal edilən sümük fraqmentləri tapılıb Bu gün, 11:48 Avstraliya hərbi gücünü genişmiqyaslı şəkildə artırmağa başlayıb Bu gün, 11:48 Qəbələdə güclü külək və dolu bir sıra fəsadlara səbəb olub Bu gün, 11:48 Seysmoloq İstanbulda güclü zəlzələ riski barədə xəbərdarlıq etdi Bu gün, 10:48 Azərbaycan manatının nominal və real effektiv məzənnələri apreldə azalıb Bu gün, 10:48 Şotlandiyanın musiqi qrupu Ağ Evə qadağa qoydu Bu gün, 09:48 Ukrayna və Kanada birgə dron istehsalı barədə razılığa gəlib Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR