
ABŞ-nin Pensilvaniya ştatında “Enerji Təhlükəsizliyi Konfransı” adlı konfrans keçirilib, tədbirdə Azərbaycanın qlobal, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfədən bəhs edilib.
“Report”un ABŞ bürosu xəbər verir ki, konfrans Azərbaycanın Vaşinqtondakı səfirliyini və ABŞ-ın enerji sektorundakı nüfuzlu qurumlarının birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Pensilvaniya ştatının konqresmenləri, nüfuzlu beyin mərkəzlərindən olan Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin, Konqres Araşdırma Xidmətinin, Vaşinqton İnstitutunun və İrs Fondunun nümayəndələri iştirak ediblər.
İkinci dəfə təşkil edilən ənənəvi konfrans enerji sahəsində müxtəlif diskussiyalar barəsində altı müxtəlif paneldən ibarət olub.
“Böyük Güclər Rəqabətinin Enerji Təhlükəsizliyinə Riskləri” adlı paneldə çıxış edən səfir X.İbrahim Azərbaycanın energetika sahəsində apardığı siyasət və təşəbbüskarı olduğu regional layihələr barədə məlumat verib.
Səfir ABŞ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin son illərdə inkişaf etdiyini qeyd edib. O, ərazilərimiz işğaldan azad edildikdən sonra energetika sahəsində potensialın daha da artdığını və bölgənin sıfır emissiyalı əraziyə çevrilməsi istiqamətində addıımlar atıldığını vurğulayıb.
Paneldə çıxış edənlər ABŞ-Azərbaycan arasında yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılan müxtəlif layihələr ətrafında fikir mübadiləsi aparıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.