14-10-2023, 22:58 710

Ötən 20 ildə Azərbaycanda vətəndaş rifahının təminatında mühüm uğurlar əldə olunub

İyirmi il bundan əvvəl, 2003-cü ilin 15 oktyabrında keçirilən prezident seçkilərində xalqımızın yüksək inam və etimadı ilə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı dayanır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Report”a verilən məlumata görə, dövlət başçısının uğurlu sosial siyasətinin nəticəsi olaraq ötən 20 ildə:

dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərcləri 20 dəfədən çox artıb;

minimum əməkhaqqı 38 dəfə artırılaraq 345 manata, minimum pensiya 14 dəfə artırılaraq 280 manata çatdırılıb;

orta aylıq əməkhaqqı 12 dəfə artaraq 925,3 manata, orta aylıq pensiya 18 dəfə artaraq 435 manata, yaşa görə orta aylıq pensiya 19 dəfə artaraq 466 manata çatıb;

əlilliyə görə orta aylıq pensiyada 14 dəfə, ailə başçısını itirməyə görə orta aylıq pensiyada 19 dəfə artım baş verib;

pensiya üzrə ödənilən illik vəsait 30 dəfədən çox, o cümlədən son 5 ildə 2,4 mlrd. manat (70 faiz) artaraq 6 mlrd. manata çatıb;

ünvanlı sosial yardım proqramına başlandığı 2006-cı ildən ötən dövrdə həmin yardımın hər ailəyə düşən orta aylıq məbləği isə 11 dəfə artaraq 478 manata çatıb.

Xüsusilə son beş ildə 4 milyon vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunaraq minimum pensiya 2,5 dəfə, minimum əməkhaqqı 2,7 dəfə, orta pensiya 2,1 dəfə, sosial müavinət və təqaüd ödənişləri 5 dəfə, median əməkhaqqı 2,1 dəfə, əməkhaqqı fondu 2,6 dəfə artıb. Bu islahatlar üzrə ayrılan illik əlavə vəsaitlər 7 mlrd. manata çatıb.

Prezident İlham Əliyev tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinə daim xüsusi diqqət və qayğı göstərilir. Bunun daha bir təzahürü olaraq 2007-ci ilin əvvəlindən onlar üçün Prezidentin aylıq təqaüdü təyin edilib və ötən dövrdə bu təqaüdlər orta hesabla 6 dəfə artırılıb.

Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminat proqramı ildən-ilə uğurla davam etdirilib. Xüsusilə də tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra bu proqram 5 dəfə genişləndirilib və onlara postmüharibə dövründə 5 300, ümumilikdə ötən dövrdə 14 100, o cümlədən son 20 ildə 13 mindən çox mənzil və fərdi ev verilib.

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 324, ötən dövrdə 7 500-dən çox, o cümlədən son 20 ildə 6 500-dən çox avtomobil verilib.

Ümumilikdə postmüharibə dövründə dövlət başçısının göstərişi əsasında şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək proqramı artıq 124 min şəxsi əhatə edib, onlara 309 min xidmət göstərilib. Mənzil və avtomobillə təminat prosesi ilə yanaşı, bu proqram çərçivəsində həmçinin:

- 103 min şəxsə 115 min aylıq sosial ödəniş təyin olunub;

- 11 min nəfərə 51 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib;

- 20 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 10,3 min şəxs özünüməşğulluq proqramına cəlb olunub;

- müharibə ilə əlaqədar əlilliyi olan 2012 şəxs 44,6 mindən çox reabilitasiya vasitəsi (o cümlədən 439 şəxs 458 ədəd yüksək texnologiyalı müasir protezlə) təmin olunub və s.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial sahələr üzrə 159 xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunmasına imkan yaradıb. Dövlət başçısının Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra Bakı şəhəri, Abşeron və Bərdə rayonlarında olmaqla 7 DOST mərkəzi açılıb. Həmin mərkəzlərdə artıq 1,8 milyon vətəndaşa xidmət göstərilib və bu xidmətlərdən vətəndaş məmnunluğu 98,2 faizdir.

Son 20 ildə muzdla çalışanların sayı 544 min və ya 44 faiz artaraq 1 mln. 770 minə çatıb. Aktiv məşğulluq proqramları daim genişlənir. Təkcə son 5 ildə 1 milyondan çox şəxs məşğulluq proqramları ilə əhatə olunub. 452 min şəxs işlə təmin olunub, 21 min şəxs peşə hazırlığına, 511 min şəxs peşəyönümü xidmətlərə cəlb olunub.

Özünüməşğulluq proqramına cəlb olunanların illk sayı proqramın icrasına başlandığı 2017-ci ilə nisbətən ötən dövrdə 14 dəfə artırılaraq 16 mini ötüb və artıq 73 min şəxs özünüməşğulluq proqramı üzrə verilmiş aktivlər hesabına kiçik təsərrüfatlarını yaradıb.

Habelə son illər sosial sahədə geniş elektronlaşma proqramı icra edilib. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 159 xidmətindən 140-dan çoxu (90 faiz) elektron platformada təqdim edilir. Həmçinin 30 e-arayış, 51 proaktiv təyinat xidməti, ölkənin elektron sosial reyestri, “Əmək və Məşğulluq” altsistemi və s. yaradılıb. Ölkəmizdə aparılan sosial islahatların uğurları beynəlxalq səviyyədə də yüksək qiymətləndirilərək, son 5 ildə 46 beynəlxalq mükafat və sertifikat əldə olunub.

Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilməsi qarşıdakı dövrdə də ölkəmizə yeni-yeni tarixi nailiyyətlər, qələbələr qazandıracaq.

Paylaş

Xəbər lenti

Bakıda dişini çəkdirən qadın xərçəng oldu Bu gün, 19:48 Bakıda hazırda bəzi yollarda sıxlıq var - SİYAHI Bu gün, 19:48 Suraxanı sakinləri dayanacaqsız qaldılar Bu gün, 19:48 Digər metro stansiyaları da ÖDƏNİŞSİZ OLACAQ? - RƏSMİ CAVAB Bu gün, 19:48 Xalq artistinin səhhəti ilə bağlı ÜZÜCÜ AÇIQLAMA Bu gün, 19:48 Bakıda DƏHŞƏT: Dörd uşaq anası boğularaq öldürüldü, əri saxlanıldı Bu gün, 18:48 Canni İnfantino İlham Əliyevlə görüşündən paylaşım etdi Bu gün, 18:48 Azərbaycan Belarusa yemiş tədarükünü bərpa edib Bu gün, 18:48 Abid Şərifovun SON DURUMU: "Gəzə bilmirəm..." Bu gün, 18:48 Mal əti niyə bahalaşır? Bu gün, 18:48 Bu rayonda incəsənət məktəbi əsaslı TƏMİR OLUNACAQ Bu gün, 18:48 Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsulları istehsal edəcək Bu gün, 17:49 "Sabah"ın Çempionlar Liqası oyunları üçün paket biletlərin satışı BAŞA ÇATIR Bu gün, 17:49 Pakistanda üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar Bu gün, 17:49 Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, altı nəfər ölüb Bu gün, 17:49 AİİB-in 12-ci İllik Toplantısı Azərbaycanda keçiriləcək Bu gün, 17:48 Azərbaycanda həkim sayı azalır: Səhiyyədə kadr problemi dərinləşir? Bu gün, 17:48 "Haber Global" İlham Əliyevlə Canni İnfantinonun görüşündən reportaj hazırladı Bu gün, 17:48 Oktyabrda hava necə olacaq? Bu gün, 16:48 "Nar" ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı Bu gün, 16:48 ABŞ İrana qarşı aviasiya sanksiyalarını genişləndirib Bu gün, 16:48 Dövlət Xidməti Xətainin abidəsinin postamenti üzərindəki yazını araşdırır Bu gün, 16:48 "Əli korrupsiyaya bulaşan adam müəllim işləyə bilməz" - Sabiq nazirin yeni vəzifəsinə SƏRT REAKSİYA Bu gün, 16:48 637 min manatlıq mənimsəmə işi: Təqsirləndirilənlərdən ŞOK İFADƏ Bu gün, 16:48 Gədəbəyin yeni icra başçısı kollektivə təqdim olunub Bu gün, 16:48 63 yaşlı Hülya Avşar: "Yaşıma rəğmən çox gözələm!" Bu gün, 15:48 Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir Bu gün, 15:48 Lənkəranda 19 yaşlı oğlan anasının sevgilisini bıçaqladı Bu gün, 15:48 İmamoğlu casusluq işi üzrə məhkəmədə çıxış edib Bu gün, 15:48 Azərbaycanda ləğv prosesində olan 7 bankla bağlı YENİ QƏRAR Bu gün, 15:48 Məmmədli kəndində baş verən qətlin DETALLARI Bu gün, 15:48 AZAL-dan Turizm İşçiləri Gününə özəl kampaniya: sərnişinlərə xüsusi endirimlər Bu gün, 15:48 "Roşka" məhkəmədən vaxt istədi Bu gün, 15:48 İnfantino Hövsanda inşa olunan meydançalara baxış keçirib Bu gün, 15:48 Azərbaycanda bəzi yerlərə leysan yağır - FAKTİKİ HAVA Bu gün, 14:48 Türkan Vəlizadə: "Səsim Aygün Kazımovanın səsinə bənzəyir" Bu gün, 14:48 Bakının bəzi küçələrində yollar bağlanacaq - 29-u saat 21:00-dan etibarən... Bu gün, 14:48 Aİ Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək Bu gün, 14:48 "Roşka" ləqəbli tiktokerə cəza istənilib Bu gün, 14:48 "Qarabağ" - "Neftçi" oyununun vaxtı bəlli olub Bu gün, 14:48 İlham Əliyev Məsud Pezeşkiana zəng edib Bu gün, 14:48 Keçmiş ərinin evinə gedən arvad çəkiclə döyüldü, sonra bıçaqlandı Bu gün, 14:48 ABŞ-nin milyonluq təklifi rədd edildi: İspaniya Superkuboku İstanbulda keçiriləcək Bu gün, 14:48 Rusiyadan Azərbaycana nağd pul çıxaranlara limit qoyuldu Bu gün, 14:48 Bakıya 4 milyonluq brilyant keçirmək istədi, qarşısı alındı Bu gün, 13:48 Bakıda hamamı kombisiz qoyanlar TUTULDULAR Bu gün, 13:48 Makiyaj videosu yayılan qız məktəbdən çıxarılaraq niyə sığınacağa YERLƏŞDİRİLİB? - Direktordan AÇIQLAMA Bu gün, 13:48 Azərbaycan - Lixtenşteyn matçının hakimləri açıqlandı Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR