15-10-2023, 10:30 647

Dəfələrlə İlham Əliyevlə görüşən sabiq səfir: “Prezidentimizin ən güclü silahı onun sözünə sadiq qalmasıdır”

Bugün Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 ili tamam olur. Ötən müddət ərzində bütün sahələrdə olduğu kimi, xarici siyasətdə də ciddi islahatlar həyata keçirilib, böyük uğurlar əldə edilib. Azərbaycanın beynəlxalq təşkilatlarla, dünya dövlətləri ilə münasibətlərində yeni mərhələ başlayıb. Bu gün rəsmi Bakı nəinki regionun, bəlkə də, bütövlükdə dünyanın əsas siyasi aktorlarındandır.

İlham Əliyevin hakimiyyətinin 20-ci ilində xarici siyasətdə əldə olunan uğurlarla bağlı Azərbaycanın İran və Tacikistandakı keçmiş səfiri Abbasəli Həsənovun “Report”a müsahibəsini təqdim edirik.

- İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 20 il ötür. Bir diplomat kimi dövlət başçısının xarici siyasət kursunu necə dəyərləndirirsiniz?

- Bəli, oktyabrın 15-də Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin növbəti ildönümü tamam olur. Bu illər ərzində Azərbaycanın daxili və xarici siyasətində çox mühüm - tarixə yazılmış uğurlar baş verib. Əlbəttə, həmin nailiyyətlər asan başa gəlməyib. Nəzərə almaq lazımdır ki, Azərbaycan yerləşdiyi coğrafi mövqeyə, o cümlədən Şimal-Cənub, Şərq-Qərb dəhlizinin kəsişməsində, Avropa ilə Asiya sivilizasiyanın birləşdiyi yerdə olduğuna görə daim fövqəldövlətlərin diqqətini çəkib. Hər bir dövlətin də, əlbəttə, regionla bağlı öz marağı olub və var. Belə çətin bir vəziyyətdə dəqiq hesablamalar, riyazi dəqiqlik olmadan hazırkı qələbələri əldə etmək mümkün olmazdı.

- Prezident İlham Əliyev müəllifi Ümummilli Lider Heydər Əliyev olan və cəmiyyətimizi birləşdirən milli-ideoloji amil kimi çıxış edən azərbaycançılıq ideologiyasını daha da zənginləşdirdi. Ulu Öndərin bugünkü nailiyyətlərimizdə hansı rolunu qeyd edərdiniz?

- Heydər Əliyev dahi siyasətçi idi. Xatırlatmaq yerinə düşər ki, SSRİ dağılandan sonra Ermənistan Azərbaycana qarşı müharibəyə başladı. Azərbaycan o zaman zəif idi. Torpaqlarımız bir- bir işğal olunurdu. Belə bir vaxtda, 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldi. Onun diqqət yetirdiyi əsas istiqamətlərdən biri iqtisadiyyat idi. Çünki ölkənin iqtisadiyyatı çox zəif idi. İşsizlik artmışdı. Ərzaq çatışmazlığı hökm sürürdü. Bunun qarşısını almaq lazım idi. Beləliklə, ölkəyə investorlar cəlb olunmalı idi. Böyük dövlətləri cəlb edən məhz neft – qaz sahəsi idi. Ölkəyə investorlar gətirmək üçün təhlükəsizlik təmin edilməli idi. Uzun müddət böyük dövlətlərlə danışıqlar aparıldı. Bundan başqa, həmin vaxt parlamentdə “Xarici investisiyaların qorunması” haqqında Qanun qəbul olundu. Bundan sonra əsas diqqət ölkənin gücləndirilməsinə yönəldildi. Heydər Əliyev bütün addımlarında xalqın iradəsinə arxalanırdı. İnsanlar da ona güvənirdi. Neft və qazımız məhz Heydər Əliyevin hakimiyyəti dövründə dünya bazarına çıxarıldı. Ümummilli Liderin vəfatından sonra İlham Əliyev onun yolunu layiqli şəkildə davam etdirməyə başladı. Keçmiş Qarabağ müharibəsini həll etmək üçün prioritetimiz diplomatiya idi. Amma təəssüf ki, bir çox dünya dövlətləri haqq səsimizi eşitmirdi. Deməli, qarşımızda duran əsas məqsəd həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması idi. Nəzərə almaq lazımdır ki, BMT-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi 4 qətnamə uzun illər yerinə yetirilməmişdi. İlkin mərhələ məsələnin hüquqi müstəvidə həllini tapması idi. Elə etməli idik ki, hər kəs Qarabağın Azərbaycan torpağı olduğunu anlasın. Xeyli vaxt alsa da, biz buna nail olduq. Təsadüfi deyil ki, 2020-ci ildə baş verən Vətən müharibəsindən sonra kimsə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi faktına qarşı çıxa bilmədi.

- Dünya beyin mərkəzlərinin də bir nümunə kimi göstərdiyi Azərbaycan liderinin uğurlarının arxasında dayanan əsas amil kimi nəyi görürsünüz?

- Prezident İlham Əliyev əsl liderdir. Onda mahir diplomatlara xas müəyyən xüsusiyyətləri var. Birincisi, dövlət başçımız prosesləri çox dəqiq hesablaya bilir. İkincisi, o, cəsarətlidir. Xatırlayıram, İlham Əliyev hələ 2006-cı ildə ABŞ-da səfərdə olarkən o zamankı həmkarı Corc Buşla görüşü zamanı demişdi ki, Azərbaycan öz ərazisindən başqa dövlətə qarşı istifadəyə yol verməyəcək. Bu, suveren dövlətin başçısına yaraşan bəyanat idi. Ölkə rəhbərimiz sözlərinə, prinsiplərinə sadiqdir. Əgər bir söz deyirsə, mütləq onu yerinə yetirir. Bundan başqa, dövlət başçımız yaradıcıdır. O, danışıqlarda həmişə yaradıcı davranır, strateji xətt seçir. İlham Əliyev qarşı tərəfi maraqlandırmağı, onların diqqətini çəkməyi bacarır. Ona görə də adətən təmaslar uğurlu olur. Prezidentimiz həmişə danışıqlara, diplomatik yola üstünlük verir. Bütün bunlar onu mahir siyasətçi kimi xarakterizə etməyə əsas verir. Elə buna görə də əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev təkcə ölkənin yox, regionun lideridir. Biz Qarabağ məsələsini həmişə sülh yolu ilə həll etmək istəmişik. Amma haqlı səsimiz eşidilməyib. “Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həllini tapmalıdır” çağırışlarımıza cavab olaraq deyilib ki, bu məsələ ədalət prinsipi ilə çözülməlidir. Əlbəttə, qeyri-dəqiq, ikibaşlı fikirdir. Lakin məhz İlham Əliyevin xarici siyasət kursu nəticəsində bir vaxtlar haqq səsimizi eşitməyən dövlətlər indi ərazi bütövlüyümüzü tanımalı olub. Prezidentimiz heç də hər liderin bacara bilmədiyi işi bacarıb. Xalqımız fəxr etməlidir ki, taleyimizə belə lider düşüb.

- Siyasətçi üçün məsuliyyət, uzaqgörənlik həlledici şərtlərdir. Siz də qeyd etdiz ki, İlham Əliyevdə mahir diplomatlara xas xüsusiyyətlər var. Bəs, 20 illik diplomatik fəaliyyətin zirvəsi hesab oluna biləcək hadisə nədir?

- Sözsüz ki, ərazi bütövlüyümüzün təmin olunması. Dünya dövlətlərinin bir çoxu, xüsusilə regional oyunçular daim öz maraqlarını həyata keçirməyə çalışıb. İlham Əliyevin bir lider kimi əsas xüsusiyyətlərindən biri həmin dövlətlərə də maraqlı gələ biləcək təkliflərlə çıxış etməsidir. Təsadüfi deyil ki, İran ölkəsindən Zəngəzur dəhlizinin keçməsinə artıq loyal yanaşır. Bu, həm onların, həm də bizim maraqlarımıza uyğundur. İkincisi, əvvəlki illərdən fərqli olaraq, indi, demək olar, bütün regional aktorlar 3+3 layihəsini dəstəkləyirlər. Belə nümunələr çox çəkmək olar. Prezidentimizin bu cür uzaqgörən siyasəti nəticəsində diplomatik müstəvidəki uğurlarımız hər ötən gün artır.

- Uzun müddət İranda səfir kimi çalışmısız. İranla münasibətlərimizin hazırkı mərhələsini necə qiymətləndirirsiniz?

- İranla münasibətlərimiz bir müddət əvvəl pisləşmişdi. Amma indi əlaqələrimiz normallaşıb. Fikrimcə, belə də olmalıdır. İranla Azərbaycanın tarixi, mədəniyyəti bir-birinə bağlıdır. Üstəgəl, biz qonşuyuq. Onu da deyim ki, İranla münasibətlərimizin normallaşması da məhz İlham Əliyevin diplomatik məharəti kimi qiymətləndirilməlidir. Çünki bu gərginlikdə maraqlı olan başqa güclər var idi. Unutmaq olmaz ki, regional əməkdaşlıq həm Bakıya, həm də Tehrana hava-su kimi lazımdır.

- 44 günlük müharibədən sonra bəziləri deyirdilər ki, Azərbaycan ərazi bütövlüyünü tam təmin etmədi. Hərçənd çox keçmədən Prezident İlham Əliyevin uzaqgörənliyini bir daha təsdiqləndi...

- Bəli, şübhəsiz, belədir. Bəlkə də, Prezidentimizin düşündükləri 2-3 il əvvəl kiminsə ağlına gəlməzdi. Fikrimcə, antiterror tədbirləri üçün çox düzgün vaxt seçilmişdi. Nəinki bir gün yox, saatlar geciksə idik, ola bilsin, vəziyyət tam fərqli ola bilərdi. Məlum olduğu kimi, Ermənistan öz havadarlarına inanaraq həmişə vaxtı uzatmağa çalışıb. Biz İrəvanın oyunlarına son qoyduq, beynəlxalq təşkilatların, o cümlədən Minsk Qrupunun işini özümüz gördük. Bu günkü qələbələrimizin şirinliyini hər bir azərbaycanlı hiss edir, amma bu zəfərlərin əhəmiyyətini hər ötən il daha çox anlayacağıq. Bu uğurların arxasında prezidentimizin “nəyi, nə vaxt, necə etmək lazım olduğunu mən bilirəm” prinsipi dayanır. Ümumiyyətlə, Vətən müharibəsinə qədər ermənilər özlərinə çox inanırdılar. Çünki qarşılarında kimin olduğunu hələ bilmirdilər. Cəmi 4 il əvvəl “Qarabağ Ermənistandır, nöqtə” deyən Ermənistan baş naziri Nikol Paşinyan bu gün Azərbaycanın ərazi bütövlüyünü tam tanıyır. Buna Prezident İlham Əliyevin xarici siyasət kursu nəticəsində nail olduq.

- Azərbaycan liderinin diplomatlarla münasibəti, sizə verilən tapşırıqlar barədə nə deyə bilərsiz?

- Təxminən 2006-cı ildən etibarən diplomatlara “hücum taktikasına” keçmək barədə tapşırıq verildi. Bu, o demək idi ki, daha da fəallaşmaq lazımdır. Məqsəd aydın idi, Azərbaycan həqiqətlərini daha gur səslə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq. Məsələ ondan ibarətdir ki, insanlara həqiqəti konkret faktlarla, sənədlərlə izah etmək lazımdır. Biz uzun müddət məhz bu işlə məşğul olmuşuq. Yəni 44 günük müharibənin, ərazi bütövlüyümüzün təmin olunmasının arxasında əslində daha böyük işlər dayanır. Onu da deyim ki, müxtəlif vaxtlarda ayrı-ayrı ölkələrdən olan səfirlərlə söhbətimdə ermənilərin onların şüuruna necə ciddi təsir etdiklərini görmüşəm. Bu isə o deməkdir ki, biz fəaliyyətimizi dayanmadan davam etdirməliyik.

- Hazırda dünyada çox ciddi geosiyasi proseslər, o cümlədən qütbləşmələr gedir. Belə bir şəraitdə Azərbaycan üçün hansı perspektivləri görürsüz?

- İndi dünyada böyük güclər arasında mübarizə davam edir. Dünyanın siyasi xəritəsinin dəyişəcəyinə, bundan sonra daha ciddi proseslərin baş verəcəyinə şübhəm yoxdur. Amma Azərbaycan üçün hər şey daha yaxşı olacaq. Türkiyə yanımızda olmağa davam edəcək. Planetdə ciddi kataklizmlərin olmasına baxmayaraq, Azərbaycan Cənubi Qafqazın lideri olmağa davam edəcək. Çünki biz günü-gündən inkişaf edirik. Biz hazırda tarixi günlərə şahidlik edirik. Azərbaycan isə bu tarixin ən parlaq səhifələrini yazır. Bu, məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır.

- Dəfələrlə Prezident İlham Əliyevlə görüşmüsüz. Dövlət başçısının çıxışlarında, qeyri-formal söhbətlərində diqqətinizi ən çox çəkən məqamlar nələr olub?

- Ölkə rəhbərimizin hər sözünün arxasında bir məna dayanır. O, hər sözü ilə mesaj verməyə, ictimai rəyə təsir etməyə çalışır. Mən bunun şahidiyəm. Prezidentimizin ən güclü silahı onun sözünə sadiq qalmasıdır. Yeri gəlmişkən, söyləyim ki, ölkə rəhbərimizin ayağında həm də bərəkət var. İran səfir kimi çalışdığım vaxtlarda Prezidentin Tehrana səfəri gözlənilirdi. Ölkəyə çox ciddi qar yağmışdı. Maşınla hərəkət etmək mümkünsüz idi. Prezidentlə əlaqə saxladım. Təklif etdim ki, səfəri təxirə salaq. Məndən siyasi səbəbin olub-olmaması barədə soruşdu. Yeganə səbəbin hava şəraiti olduğunu bildirdim. Dedi ki, gələcəm. Səhəri gün sübh tezdən bir baxdım ki, günəş parlayır. Ölkə rəhbərimiz İrana çatanda artıq qar əriyirdi. Görüşəndə güldü. Onu qarşılayan nümayəndə heyəti üzvlərindən yalnız mən bildim ki, prezident nəyə gülür.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR