16-10-2023, 16:36 1427

Fransanın bədbəxt etdiyi Ermənistan - tarix yazan Azərbaycan - ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi, Xocalı, Əsgəran, Ağdərə, Xocavənddə Azərbaycan bayrağını ucaltmaqla ölkəmizin ərazi bütövlüyü və suverenliyi prosesini tam yekunlaşdırdı. Bu addımla dövlət başçısı həm də postsovet məkanında bir ilkə imza atdı. Belə ki, ərazisində yaradılan qondarma və separatçı qurumu məhv edən dövlət oldu.

2003-cü il oktyabrın 15-də xalqın böyük əksəriyyətinin səsi ilə Prezident seçilən İlham Əliyevin verdiyi ilk bəyanat məhz Azərbaycanın ərazi bütövlüyünün bərpası və torpaqların azad olunması ilə bağlı idi. Son 20 ildə regional və qlobal müstəvidə mövqelərini inamla möhkəmləndirən Azərbaycan bu illər ərzində güclü iqtisadiyyata və orduya malik dövlətə çevrildi, beynəlxalq münasibətlər sistemində nüfuzlu və ciddi təsir imkanlarına malik önəmli ölkələr sırasında yer aldı. Azərbaycan Prezidenti İlham Əliyev dövlətin ərazi bütövlüyünü və ölkənin bütün əraziləri üzərində suveren hüquqlarımızı təmin etməklə onu tək Cənubi Qafqazda deyil, bütövlükdə postsovet məkanında ən qüdrətli dövlətə çevirdi. Artıq nə “Qarabağ münaqişəsi”, nə də “Dağlıq Qarabağ anlayışı” var, necə deyərlər, bunlar tarixin arxivinə gömülüb. Bu ideyanı ortaya atan daşnak-faşist rəhbərliyi tək Azərbaycana qarşı deyil, elə erməni xalqı üçün də saysız-hesabsız problem yaratmışdılar.

“Xalqlar həbsxanası” ifadəsi ilə anılan keçmiş SSRİ-nin yaranması tək Azərbaycanın müstəqilliyini deyil, həm də onun əzəli torpaqlarını itirməsi ilə nəticələndi. Tarixi Azərbaycan torpaqlarında Ermənistan adlı dövlət, indiki Azərbaycan ərazisində isə Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradıldı. 70 il Azərbaycan ərazisində yaşayan ermənilər və Ermənistan ümid etdi ki, bu torpaqlarda ikinci dövlət qurmağa müvəffəq olacaqlar. Tarixə “fürsətcil” xalq kimi düşən ermənilər üçün belə fürsət SSRİ-nin dağılması ərəfəsində yarandı. SSRİ rəhbərliyinə gətirilən Mixal Qorbaçovun ermənipərəst siyasəti nəticəsində ermənilər Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə başladılar. Separatçı çıxışı səsləndirən də elə Qorbaçovun erməni müşaviri Abel Aqanbekyan oldu. Qarabağın Azərbaycanın tabeliyində olmasının mümkünsüzlüyünü iqtisadi cəhətdən əsaslandırmağa çalışdı. Maraqlıdır ki, Qarabağ avantürasını ortaya atan müşavir bununla bağlı müsahibəsini sovet mediasına deyil, Fransa nəşrlərindən birinə verdi. Bəli, yenə də Fransa! Onda da Fransa, indi də! Göründüyü kimi, erməni bədbəxtliyinin əsasını qoyan da, indi davam etdirən də Fransadır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilən Xankəndidə oktyabrın 15-də etdiyi çıxışda məhz bu məsələni qabartması da təsadüfi deyil. Ölkə Prezidenti bildirdi ki, məhz Ümummilli Lider Heydər Əliyev 1987-ci ildə vəzifəsindən kənarlaşdırıldıqdan sonra cəsarətə gələn ermənilər DQMV-nin Azərbaycandan Ermənistana verilməsi təşəbbüsü ilə çıxış etdilər: "Bunu da qaldıran Moskvada oturan erməni millətçisi idi. Bu məsələ harada qaldırıldı, Fransanın bir qəzetində, yenə Fransa. Yəni, bu gün o tarixə qayıdarkən və o hadisələri təhlil edərkən bir daha görürsən ki, heç bir şey təsadüfi olmayıb. Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi faktiki olaraq vəziyyəti nəzarətdən buraxdı, qorxaqlıq, acizlik, qətiyyətsizlik göstərdi. Faktiki olaraq o vaxt millətçilər buranı zəbt eləmişdilər, bax, bu meydanda nə qədər anti-Azərbaycan şüarı ilə mitinqlər keçirilmişdir və bütün bunlar millətçiləri daha da ruhlandırırdı. Ermənistandan buraya durmadan erməni millətçiləri, daşnaklar, qaniçənlər, beynəlxalq terrorçular gəlirdilər. Xalqımıza qarşı etnik təmizləmə siyasəti məhz buradan başlamışdı. Bax, o illərdə o binada oturanlar, bütün erməni və Azərbaycan xalqlarının faciələrinin səbəbkarlarıdır. Cəmi altı il Azərbaycan Heydər Əliyevsiz qalmışdır və bu altı il bizim üçün faciəvi, böhranlı, utancverici illər kimi tarixdə qaldı”.

Dahiyanə fikirlərdir.

İşğal Ermənistan üçün nə ilə yadda qaldı? 30 il Azərbaycan torpaqlarını işğal altında saxlamaqla ümid etdi ki, bu, əbədi davam edəcək. Lakin hər zaman olduğu kimi, bu dəfə də yanıldı. Ermənistan bu illər hətta cürət edib Azərbaycan ərazisində yaratdığı qondarma və separatçı qurumu tanımadı da. Əvəzində barbarcasına Azərbaycan torpaqlarını talan etdi, yerlə-yeksan etdi. 44 günlük müharibədən sonra azad edilən torpaqlarda çıxış edən Prezident İlham Əliyev bunu aydın şəkildə izah edib: “Azərbaycan işğal olunmuş ərazilərə qayıdandan sonra, beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri, jurnalistlər oraya səfər edir, hər şeyi öz gözləri ilə görürlər. Bu, misli görünməmiş vandallıqdır. Elə bil bu ərazilərdən vəhşi qəbilə keçib".

Bəli, budur erməni xisləti, erməni mədəniyyəti!

Əlbəttə ki, Ermənistanı işğala sövq edən dövlətlər sırasında Fransanın da bədnam rolu olub. Məhz bu ölkədən Ermənistana silah və sursat daşındı, terrorçular məskən saldılar. Fransanın keçmiş müstəmləkələrində törətdiyi soyqırımı və etnik ayrı-seçkilikdən ilhamlanan erməni terrorçu təşkilatları Azərbaycan torpaqlarında eyni dəsti-xətlə hərəkət etdilər. Reallıq odur ki, Ermənistanı hər addımda uçuruma sürükləyən dövlət də məhz Fransa olub. İndi də Fransa hakimiyyəti ölkəsində olan xaosu gizlətmək məqsədilə problemləri Ermənistana ötürür. Əli milyonlarla əlcəzairlinin qanına batmış Fransa törətdiyi soyqırımlarının unudulduğunu düşünərək 20-ci əsrin ən faciəli hadisəsi olan Xocalı soyqırımını törədənlərə dəstək nümayiş etdirir. Azərbaycanın beynəlxalq hüquqla tanınmış əraziləri daxilində öz suverenliyini bərqərar etmək kimi hüquqi addımının qarşısında dayanmağa cəhd edir. Fransanın Qərbdə cəhd etdiyi və ölkəmizə qarşı əməlləri tam qanunsuzdur, həm də ki, nəticəsizdir. Təbii ki, Fransa bunu bilir, yeganə məqsədi törətdiyi cinayətlərə görə məsuliyyətdən yayınmaqdır.

Ermənistana gəldikdə, heç olmasa, dönüb keçmişinə baxsa, yaxşı olar. Fransanın onu yenə müharibəyə sövq etmək üçün apardığı siyasəti kənara atmalı, düzgün və praqmatik qərarı özü qəbul etməlidir. İrəvan mövcudluğunu davam etdirmək istəyirsə, Azərbaycanla sülh müqaviləsinə imza atmalıdır. Çünki regionda kimin haqlı və real siyasət apardığı göz önündədir.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR