17-10-2023, 11:37 693

Avropa Parlamentinin “Mikki Mausun Parlamenti” ləqəbindən qurtulması çətin olacaq

Avropa Parlamentinin yüzlərlə üzvü və işçisini daşıyan qatar Strasburq şəhərinə deyil, Disneylendə çatıb. Bu hadisə isə hazırcavablara qanunverici qurumu haqlı olaraq “Mikki Mausun Parlamenti” adlandırmağa əsas verib.

“Report” xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

“Bu, Avropa Parlamentini “Mikki Mausun Parlamenti” adlandıranları dəstəkləyəcək bir hadisə idi”, - məqalədə qeyd olunub.

Məqalədə bildirilib ki, Avropa Parlamenti hər ay Avropa İttifaqının (Aİ) deputatları və rəsmiləri üçün qatarlar icarəyə götürür. Bu qatarlar Brüssellə Fransanın şərqindəki Strasburqda yerləşən iki iş yeri arasında fəaliyyət göstərir.

Qərb KİV-ləri deputatları köməkçiləri və yığın-yığın sənədlər ilə birlikdə Brüssellə Strasburq arasında dolaşan bu qanunverici orqanı mütəmadi olaraq ələ salır. Onları hətta istehza ilə “köçəri quşlar” da adlandırırlar. Lakin Fransa bu məsələ ilə bağlı təkid edir ki, Strasburq Aİ müqaviləsində avropalı deputatların iş yeri kimi göstərilib.

“Brüssel-Midi stansiyasından yola düşən qatar Şarl de Qoll hava limanından ayrılaraq Disneylendin yerləşdiyi Marn-la-Valle-Şessiyə doğru istiqamətlənib. Bu, 45 dəqiqəlik gecikməyə səbəb olub”, - “Politico”da dərc olunan məqalədə bildirilib.

Avropa Parlamentinin niderlandlı deputatı Samira Rafaela “X” sosial şəbəkəsində bununla bağlı fotonu “Disneylend Komandası” adı ilə paylaşaraq düşdükləri vəziyyəti ələ salıb.

“Burada demək olar ki, hər kəs bu vəziyyətə gülür”, - deputatlardan birinin köməkçisi qeyd edib.

Başqa deputatın köməkçisi isə şikayət edib ki, qatarda “pulsuz attraksion” yoxdur.

Parlamentarilərdən birinin köməkçisi Emmanuel Foulon zarafatla deyib ki, Avropa Parlament indi “Disneyin” cəlbedici şüarını qəbul etməlidir: “Xəyalların gerçəkləşdiyi yer”.

“Avropa Parlamentinin səyyar sirk kimi imici hər saat daha da reallaşır”, - Brüsseldə yerləşən “Good Lobby” QHT-nin təsisçisi Alberto Alemano “X”də yazıb.

Xatırladaq ki, Sosialist Partiyasının yüksək vəzifəli deputatı Pedro Silva Pereyra bu ilin aprelində Avropa Parlamentinin qapalı iclasında Strasburqa gedən qatarlarda kifayət qədər yer olmadığını söyləyib və qurumun daha çox qatar icarəyə götürə bilib-bilməyəcəyini soruşub. Lakin Avropa Xalq Partiyasının deputatı, Avropa Parlamentində inzibati işlərlə məşğul olan Kristof Hansen cavab verib ki, bu məqsədlə kifayət qədər qatar yoxdur.

Paylaş

Xəbər lenti

Azərbaycanda minadan zərərçəkənlərin 302-si uşaq və gənclər, 38 nəfəri isə qadınlardır Bu gün, 11:48 Bahar Muradova: Azərbaycanda gender bərabərliyinin təşviqi dövlət siyasətinin əsas prioritetlərindəndir Bu gün, 11:48 Çinarlı MTK: yeni metro yaxınlığında və Binəqədidə infrastrukturla paralel inkişaf edən layihə maraq yaradır Bu gün, 11:48 BMT rəsmisi: WUF13-də qadınların mənzil təminatına dair sənədlər qəbul olunacaq Bu gün, 11:48 Ramil Cahangirov: Azad edilmiş şəhər və rayonların baş planları mərhələli şəkildə icra olunur Bu gün, 11:48 Assosiasiya: Özəl sektor dayanıqlı şəhər qurmaqda aparıcı qüvvəyə çevrilir Bu gün, 11:48 Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək Bu gün, 11:48 Günel Ələsgərova: "Ağıllı sistem"lər və eko-materiallar şəhər həyatını dəyişir" Bu gün, 11:48 WUF13-də yerli xalqların hüquqlarının müdafiəsi ilə əlaqədar beynəlxalq çağırış edilib Bu gün, 11:48 DTX tərəfindən saxlanılan sabiq icra başçısı barəsində YENİ QƏRAR Bu gün, 11:48 Mariam Kvrivişvili: İlham Əliyevin Gürcüstana səfəri Azərbaycanla danışıqlarda mühüm rol oynadı Bu gün, 11:48 Assosiasiya: Dayanıqlı şəhərlərin inkişafında dövlət-özəl sektor əməkdaşlığı vacibdir Bu gün, 11:48 İcraçı direktor: Azad edilmiş ərazilərdə şəhərsalma yanaşmaları multikultural dəyərlərlə birləşdirilir Bu gün, 11:48 ABŞ-Kuba münasibətlərində gərginlik artır Bu gün, 10:48 DTX-nin ekstradisiya etdiyi telekommunikasiya cinayətkarına HÖKM OXUNDU Bu gün, 10:48 ANAMA sədri: Qarabağda hərbi əməliyyatlar dayansa da, mülki əhali üçün təhlükə davam edir Bu gün, 10:48 Vüqar Süleymanov: Minatəmizləmə bərpa və yenidənqurmanın əsas təməlidir Bu gün, 10:48 ANAMA rəhbəri: Azad olunmuş ərazilərdə 270 min hektardan çox sahə minalardan təmizlənib Bu gün, 10:48 Samed Ağırbaş WUF13-ün sıfır tullantı və dayanıqlı şəhərlər gündəmini COP31-lə əlaqələndirdi Bu gün, 10:48 Milli Aviasiya Akademiyasının vəzifəli şəxsi idman zalında öldü Bu gün, 10:48 Kolumbiyanın nazir müavini: Bakını çox bəyəndim, buraya ailəmlə də gəlmək istəyirəm - MÜSAHİBƏ Bu gün, 10:48 AZAL Naxçıvan reyslərini yenidən bərpa edib Bu gün, 10:48 Samir Poladov: "Azad olunmuş ərazilərdə evlərdə, ağaclarda və su quyularında minalar tapılıb" Bu gün, 10:48 "Bir Kredit BOKT" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb Bu gün, 10:48 Ramil Cahangirov: "270 min hektardan çox ərazi artıq minalardan təmizlənib" Bu gün, 10:48 ADY: Bakı-Tbilisi-Bakı marşrutu üzrə 1 000-dən çox bilet satılıb Bu gün, 10:48 Aliment ödəməyənlərin sayı sürətlə artır: Dövlət hansı tədbirləri görməyə hazırlaşır? Bu gün, 09:48 ABŞ İranla müharibədə nə qədər "MQ-9 Reaper" dronunu itirib? Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: "Sabah" "Turan Tovuz"la, "Qarabağ" "Sumqayıt"la qarşılaşacaq Bu gün, 09:48 Avropa Parlamentinin deputatları qurumun Azərbaycanla bağlı siyasətini tənqid ediblər Bu gün, 09:48 Quba-Xaçmaz regionunda vəzifə tutmaq istəyənlər üçün FÜRSƏT Bu gün, 09:48 Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizin dəyərini yüksəldəcək Bu gün, 09:48 Bakıda keçirilən WUF13 sessiyası bu gün yekunlaşır Bu gün, 08:48 Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub Bu gün, 08:48 NİİM paytaxt yollarındakı vəziyyəti açıqlayıb Bu gün, 08:48 Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində işıq olmayacaq Bu gün, 08:48 Leyla və Arzu Əliyevalar "Urban Expo" sərgisi ilə tanış olublar Bu gün, 08:48 Çay süfrəsində ağır söhbət: Vladimir Putin və Si Cinpin nəyi müzakirə ediblər? Bu gün, 08:48 Milli dəyərlər və gənclərin gələcəyi mövzusunda tədbir keçirilib Bu gün, 08:48 Azərbaycandakı yeganə əqrəb fermasından REPORTAJ - Zəhərləri necə istifadə olunur? Bu gün, 00:48 Mehman Mehdiyev vəzifəsindən ayrıldı Dünən, 23:48 "Euronews" Azərbaycan çayı barədə: "Sadəcə qonaqpərvərlik rəmzi deyil, həm də..." Dünən, 23:48 Sabah paytaxtın bəzi ərazilərdə qaz olmayacaq Dünən, 23:48 Maryana Doda: Azərbaycan regional sistemdə tarazlıq nöqtəsidir Dünən, 23:48 ABŞ Livanın bir sıra siyasətçilərinə sanksiyalar tətbiq edib Dünən, 23:48 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb Dünən, 23:48 Azərbaycanda ilk: Ağdamda dəmiryol avadanlıqları istehsal edilir Dünən, 23:48 "İşğal dövründə donuzçuluq üçün istifadə olunub" - Yenidən qurulan Ağdam İmarət Kompleksi Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR