19-10-2023, 02:54 470

Guardian: Qəzzadakı xəstəxananı yaraqlılar vurub, ölü sayı şişirdilib – dəlillər

Oktyabrın 17-də, axşam, Qəzza zolağındakı Əl-Əhli xəstəxanasının atəşə tutulmasında münaqişə tərəfləri bir-birini ittiham etsə də, dəlillər daha çox fələstinli yaraqlıların əleyhinədir. Zərərçəkmişlərin sayı isə şişirdilib.

“Report” xəbər verir ki, bu qənaətə “Guardian”ın analitik məqaləsində gəlinib.

Məqalədə xatırlanıb ki, Fələstin rəsmiləri 471 nəfərin ölməsi, 314 nəfərin yaralanmasına səbəb olan partlayışı İsrailin hava hücumu ilə əlaqələndirib. İsrail isə olayın Fələstin İslami Cihad qrupunun uğursuz raket atışı nəticəsində baş verdiyini bildirib. Açıq mənbələrdən olan video və xəbər yayımları əsasında aparılan kriminalistik ekspertiza hadisənin hansı şəraitdə baş verdiyinə dair təsəvvürlər yaradıb. Onlarda xəstəxananın yerli vaxtla saat 18:59-da vurulduğu, qaranlıq üfüqdə görünən binanı bürüyən nəhəng narıncı şleyf əks olunub.

“Al Jazeera” telekanalının yayımından Qəzza üzərində atılmış raketin yüksəldiyi, daha sonra alovlanmağa başlandığı görünür. Bir müddət sonra xəstəxanada partlayış olur.

Partlayış haqqında ilk məlumatlar 19:00-19:20 arasında daxil olmağa başlayıb. Bu müddətdə HƏMAS-ın teleqrama kanallarında İsrailə zərbə endirilməsinə dair məlumatlar dərc olunub. Belə ki, 19:00-da birində İsrailin Aşdod şəhərinə “raket hücumu” edildiyi bildirilib, digərində Təl-Əvivə hücum təsvir olunub.

20:14-də isə HƏMAS əlavə məlumat təqdim edərək R160 raketi vasitəsilə şimaldakı Hayfanı atəşə tutduğunu bəyan edib. Bunun ardınca Qəzzadakı rəsmilər mətbuata açıqlama verərək xəstəxanadakı partlayışda İsraili günahlandırıb və hadisəni “dəhşətli qətliam” adlandırıblar.

Partlayışın baş verdiyi dəqiq yeri zərbənin yaratdığı xəstəxana ərazisindəki kraterdən müəyyənləşdirmək mümkündür. Uzmanların fikrincə, sözügedən krater “yetərincə dərin deyil”.

Pentaqonun keçmiş müşaviri Mark Qarlasko “Guardian”a deyib ki, itkilərin sayı şişirdilib: “Say astronomik dərəcədə yüksəkdir, doğrudursa, bu bütün zamanların ən böyük diapazonudur”.

“Krater hava hücumuna uyğun gəlmir, onun uğursuzluqla nəticələnən və faydalı yükünü geniş əraziyə buraxan silah olması ehtimalı daha yüksəkdir. Krater və ətrafdakı zədələr də JDAM hava bombası ilə uyğun gəlmir. Yerdəki dəlik kinetik enerjidən yaranıb”, - o vurğulayıb.

Londondakı Krallıq Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun (RUSI) böyük elmi işçisi Castin Bronk görüntülərdə JDAM bombalarına uyğun gələn heç bir kraterin və ya izin əks olunmadığını dilə gətirib. O bununla bağlı yekun nəticəyə varılmadığını da vurğulayıb.

“Partlayışdan bir neçə saat sonra həkimlər yerdə yığılıb qalmış meyitlərin əhatəsində kədərli mətbuat konfransı keçiriblər”, - qəzet yazıb.

Nəşr qeyd edib ki, xəstəxana hələ ötən həftə də hücuma məruz qalıb. Bundan sonra hospital rəhbərliyi İsrailin xəbərdarlığını xatırladıb.

Yepiskop Hosam Naumun sözlərinə görə, xəstəxana ərazisini 5 000-ə yaxın insan tərk etsə də, bölgə növbəti dəfə aviazərbələrə məruz qalandan sonra onların əksəriyyəti xəstəxananın ərazisini daha təhlükəsiz hesab edərək qayıdıb.

Paylaş

Xəbər lenti

Bir telekanalın yayımı dayandırıldı Bu gün, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Bu gün, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Bu gün, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Bu gün, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Bu gün, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Bu gün, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Bu gün, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Bu gün, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Bu gün, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Bu gün, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Bu gün, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Bu gün, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Bu gün, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Bu gün, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Bu gün, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Bu gün, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Bu gün, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Bu gün, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Bu gün, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR