
Bu il müxtəlif ölkələrdən olan 106 ərizəçinin (ailə üzvləri ilə birlikdə 163 nəfər) qaçqın statusu verilməsi haqqında vəsatəti Dövlət Miqrasiya Xidmətində (DMX) qeydə alınıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq DMX-dən bildirilib.
Qeyd olunub ki, "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılır və müvafiq qərarlar qəbul edilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.