
Türkdilli dövlətlərin gənc energetiklərinin II Beynəlxalq Peşə Ustalığı Yarışması gələn il Tatarıstanda (Rusiya) keçiriləcək.
"Report" xəbər verir ki, "Tatarıstan Elektrik Şəbəkələri Şirkəti"nin baş direktoru İlşat Fardiyev Hadrutda keçirilən, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Paylayıcı Şəbəkələrin Rəqəmsal Transformasiyası” mövzusunda I Beynəlxalq Peşə Ustalığı Yarışmasında bildirib.
Xatırladaq ki, yarışmaya Azərbaycan və Tatarıstanla yanaşı Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandan energetiklərdən ibarət komandalar qatılıb.
İntellektual yarışmanın I hissəsi başa çatdıqdan sonra xarici qonaqlar Hadrut Qovşaq Yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi ilə tanış olublar. Tədbir iştirakçılarına ən müasir avadanlıqlarla təchiz edilən Mərkəz haqda ətraflı məlumat verilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.