19-10-2023, 12:54 487

Avropa Nikol Paşinyanı şirnikləndirir və Ermənistanı səfalətə sürükləyir - ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərinin gərginliyi fonunda Avropaya səfər edib. Baş nazir Avropa Parlamentində çıxışı zamanı Azərbaycanla münasibətlərə toxunub, iki ölkə arasında münasibətlərin normallaşmasından danışıb. Bu prosesin mümkünlüyü ilə yanaşı, ilin sonuna kimi Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bəyan etməsi geniş rezonans doğurub.

Onun sözlərinə görə, münasibətlərin normallaşması bir neçə prinsipin həyata keçirilməsi ilə mümkündür: ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, regional kommunikasiyaların açılması və s.

“Biz qətiyyətlə sülhə doğru getməliyik. Bizi dəstəkləmək lazımdır ki, bu fürsətdən maksimum istifadə edə bilək”, - o avropalı parlamentarilərə müraciətində əlavə edib.

N.Paşinyanın çıxışında diqqətçəkən xeyli məqam var. Çox güman ki, Nikol Avropanın gözündə özünü "sülh göyərçini" kimi göstərməyə çalışıb. Yəni, onun səmimi olduğu o qədər də inandırıcı görünmür. Belə ki, baş nazir keçən il ərzində də sülh müqaviləsinin imzalanmasının mümkünlüyünü bildirmişdi. Amma bu baş vermədi. Əsas səbəb isə Ermənistanın davam edən destruktiv mövqeyi idi. Məsələ ondadır ki, Paşinyan beynəlxalq ictimaiyyətə xoş gələn bəyanatlar səsləndirməsinə baxmayaraq, iddialarını davam etdirir. Biz bunu ötən il ərzində müntəzəm müşahidə etdik. Davam edən hərbi-siyasi təxribatlar məhz dağıdıcı mövqeyin təzahürü idi. Əlbəttə, Ermənistanın bu mövqeyində daha çox üçüncü tərəflərin, o cümlədən ABŞ-nin, Fransanın, erməni lobbisinin, habelə daxildəki radikalların da təsiri az deyil. Onlar zaman-zaman regionun “ən zəif bəndindən”- rəsmi İrəvandan öz maraqları naminə istifadə ediblər.

Son zamanlar İrəvan daha loyal mövqedən çıxış edir, sülhə yönəlik mövqe ortaya qoyur. Bu isə məhz rəsmi Bakının hərbi-diplomatik uğurları sayəsində mümkün olub. 2020-ci ildə baş verən Vətən müharibəsindən sonra sülh üçün şərait yaransa da, Ermənistan bu fürsəti qiymətləndirmədi. Qarabağdakı qondarma qurumda keçirilən "seçkilər"ə dəstək verməsi isə Azərbaycanın səbrini tükəndirdi.

Bu ilin sentyabrında erməni təxribatlarına cavab olaraq keçirilən antiterror tədbirlərindən sonra Qarabağda suverenliyimiz tam təmin olundu, nəticədə qondarma rejim özünü buraxdı. Bu, mühüm qələbə idi. Belə ki, ötən illər ərzində sülhə mane olan əsas məqamlardan biri məhz qondarma rejim idi. Terrorçular müntəzəm olaraq təxribat törədək sülh perspektivinə zərbə vururdular. Azərbaycanın səyləri nəticəsində daha bu “düyün” açıldı. Beləliklə, rəsmi Bakı regional sabitlik üçün daha bir addım atdı.

Ümumiyyətlə, Azərbaycana və regiona formal kağız parçası lazım deyil. Nəzərə almaq lazımdır ki, Ermənistan nə 1994-cü ildə əldə olunmuş atəşkəsə, nə də 2020 və 2021-ci illərdə Rusiyanın vasitəçiliyi ilə imzalanmış üçtərəfli bəyannamələrə əməl edib. Kimsə zəmanət verə bilməz ki, İrəvan gələcəkdə ehtimal edilən sülh müqaviləsindən də boyun qaçırmağa cəhd edəcək. Deməli, bunun qarşısını almaq üçün əvvəlcə müəyyən şərait yaradılmalıdır. Qondarma rejimin ləğvi əsas məsələlərdən biri idi. Amma başqa məqamlar da var. Fikrimizcə, ehtimal edilən sülh müqaviləsinə qədər sərhədlərin delimitasiya və demarkasiya prosesi, həmçinin Zəngəzur dəhlizi məsələsi də həllini tapmalıdır. Eyni zamanda erməni işğalı altında Qazaxın 8 və Naxçıvanın 1 kəndində də Azərbaycanın suverenliyi bərpa olunmalıdır. Bu proseslər öz-özlüyündə sülh müqaviləsinə daha ciddi töhfə verəcək.

Eyni zamanda İrəvan əmin olacaq ki, regionda reallıqları diktə edən məhz Bakıdır. Ermənistanın üçüncü tərəflərin “çaldığı mahnıya oynamaqla” ancaq öz işini çətinləşdirir. Odur ki, indiki məqamda Paşinyandan siyasi iradə tələb olunur.

Bu gün sülh bizdən daha çox Ermənistana lazımdır. Çünki Azərbaycan artıq ərazi bütövlüyünü təmin edib. Vaxtı ilə işğal altında olan torpaqlarımızda indi bərpa- quruculuq işləri görülür. Ermənistan isə hər gün daha çox “dalana dirənir”, belə demək mümkünsə, ondan alət kimi istifadə edən böyük güclərin “məngənəsində sıxılır”.

Dünənki iclasda diqqət çəkən başqa məqamlardan biri də Avropa Parlamentinin açıq-aydın Ermənistanın dəstəkləməsi idi. Həmin görüşlərdə Paşinyana xüsusi münasibət göstərildi. Əlbəttə, bu, təsadüfi deyil. Əksinə, məqsədlidir. Belə ki, tamamilə korrupsiyalaşmış qurum olan Avropa Parlamentinə xüsusilə Fransanın təsiri kifayət qədərdir. Odur ki, bu qurum Ermənistana qarşı jestləri ilə onu bir növ şirnikləndirir. Ümumiyyətlə, Avropa Parlementi uzun illərdir ki, islamafobik mövqedən çıxış edir. Bu isə sözügedən qurumun qərəzli mövqeyinin ən bariz nümunəsidir.

Ermənistan həqiqətləri başa düşməlidir. İrəvan anlamalıdır ki, Avropa Parlamenti, Avropa Şurası kimi beynəlxalq təşkilatlar əslində ona "zəhər" verir. Təsadüfi deyil ki, rəsmi İrəvan adətən bu cür "jestlərdən" sonra aqressivliyini artırır.

N.Paşinyan anlamalıdır ki, sülh müqaviləsi Ermənistan üçün həyati əhəmiyyətlidir. Çünki destruktiv mövqe İrəvanın regional əməkdaşlıqdan məhrum olması deməkdir. Sual yaranır, Ermənistan nə vaxtadək “ağalarının” sifarişini yerinə yetirəcək?

Bilə-bilə regional əməkdaşlıqdan özünü təcrid etmək Ermənistan iqtisadiyyatına və dövlətçiliyinin gələcəyinə təhdid yaradır. Paşinyan bunu anlamayacaq qədər axmaq siyasətçi deyil. Əgər o, ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsinin imzalanmasını istəyirsə, onda sözdə dediklərini əməldə də təsdiqləməli, konstruktiv mövqe ortaya qoymalıdır. Bu zamanda sülh müqaviləsi ilin sonuna qədər imzalana bilər. Əks halda isə Ermənistan üçün daha çətin olacaq.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR