
Qazaxıstan qərbin sanksiyaları səbəbindən Rusiyaya 106 adda hərbi məhsulun və onların ehtiyat hissələrinin tədarükünü dayandırıb.
“AVESTA.AZ” TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayev deyib.
O bildirib ki, tətbiq olunan sanksiyalar səbəbindən Rusiyaya pilotsuz təyyarələr, onların ehtiyat hissələri, ixtisaslaşdırılmış elektronika, çiplər və buna bənzər məhsulların ixracı dayandırılıb.
Nəcməddin Quluzadə
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.