
ABŞ Konqresinin Nümayəndələr Palatasında spikerin namizədliyi ilə bağlı səsvermənin üçüncü turu oktyabrın 20-nə təyin edilib.
“AVESTA.AZ” TASS-a istinadən xəbər verir ki, bu, aşağı palatanın iş qrafikində məlum olub.
İclas Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Toplantıda spikerin seçilməsi ilə bağlı səsvermənin keçirilməsi planlaşdırılır.
Respublikaçı namizəd Cim Jordanın (Ohayo ştatı) nümayəndələri də jurnalistlərə qanunvericinin cümə günü vəzifəyə növbəti namizədliyini irəli sürəcəyini təsdiqləyiblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.