20-10-2023, 13:45 1598

İstanbulda “IX Türk Tibb Dünyası Qurultayı” keçirilib, Azərbaycanı Teymur Musayev təmsil edib

İstanbul şəhərində Türkiyə Prezidentinin himayəçiliyi ilə “Türkiyə Yüzilliyi” çərçivəsində “IX Türk Tibb Dünyası Qurultayı” öz işinə başlayıb.

Bu barədə "Report"a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Qurultayda türk dövlətləri ilə yanaşı, müxtəlif qitələrdən olan rəsmi nümayəndə heyətləri və səhiyyə sahəsində tanınmış elm adamları iştirak edib.

Tədbirin başlıca məqsədi müasir dövrdə səhiyyə sahəsində baş verən yeniliklər, mütərəqqi yanaşmalar, innovativ texnoloji həllərin, xüsusilə də süni intellektin tətbiqi ətrafında fikir və təcrübə mübadiləsinin aparılmasıdır.

Qurultayın açılış mərasimində Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanın tədbir iştirakçılarına videomüraciəti təqdim olunub. Türkiyə Prezidenti Qurultay iştirakçılarını salamlayaraq, builki tədbirin türk dövlətlərinin səhiyyə sisteminin müasir əsaslarla inkişafında geniş imkanlar yaradacağına əmin olduğunu bildirib və qurultayın işinə uğurlar arzulayıb.

Qurultayda çıxış edən Türkiyənin Sağlamlıq İnstitutları Başkanlığının sədri Prof. Dr. Erhan Akdoğan ilk olaraq Türkiyə Respublikasının yaranmasının 100 illiyi münasibəti ilə təbriklərini çatdırıb. O qeyd edib ki, “Türk Tibb Dünyası Qurultayı” tibb elminin inkişafı, nailiyyətlər, ixtiralar, yeni müalicə üsullarının tətbiqi sahəsində fikir mübadiləsinin aparılması, teoretik və praktiki təcrübələrin bölüşməsi üçün geniş imkanlar yaradır.

Azərbaycan nümayəndə heyətini və tədbir iştirakçılarını salamlayan Türkiyənin səhiyyə naziri Fahrettin Koca isə öz çıxışında, “IX Türk Tibb Dünyası Qurultayı”nın ölkə başçısının himayəsi altında önəmli bir tarixdə, Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi çərçivəsində keçirildiyini vurğulayıb. Nazir qurultayın bu ilki mövzusunun “Səhiyyədə Süni İntellekt” olduğunu bildirib. Fahrettin Koca qeyd edib ki, tibdə əldə edilən son nailiyyətlər, yeni texnoloji həllər, rəqəmsallaşma, innovasiyalar sahəsində aparılacaq müzakirə və təcrübə mübadilələri gələcək fəaliyyət prinsiplərinə, eyni zamanda əməkdaşlıq prioritetlərinə önəmli töhfə verəcək. Həmçinin, Türkiyənin səhiyyə naziri “IX Türk Tibb Dünyası Qurultayı”nın səhiyyə sahəsindəki çoxşaxəli istiqamətdə əlaqələrin daha da inkişafı, bilik və təcrübələrin qarşılıqlı olaraq bölüşməsi üçün əvəzsiz fürsət yaradacağını vurğulayıb.

“IX Türk Tibb Dünyası Qurultayı”nda çıxış edən Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev bu il Türkiyə Cümhuriyyətinin 100 - cü ildönümü münasibəti ilə nazirlik adından bütün Türk qardaşlarımızı təbrik edib: “Bu il tək millət 2 dövlət anlayışı ilə acımızın, sevincimizin bir olduğu Türkiyə Cümhuriyyətinin 100-cü ildönümüdür. Əminəm ki, Türkiyə – Azərbaycan qardaşlığı neçə yüzilliklərə daha da güclənərək bərabər çatacaqdır. 2023-cü il həm də, Azərbaycan Respublikası üçün əlamətdar ildir. İki qardaş ölkə arasındakı qardaşlıq bağlarının möhkəmlənməsində tarixi və misilsiz xidmətləri olan dahi siyasi xadim, müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin 100 illik yubileyidir”.

“IX Türk Tibb Dünyası Qurultayı”nın əhəmiyyətindən danışan Teymur Musayev bildirib ki, müxtəlif ölkələrin səhiyyə nazirlərinin və elm adamlarının iştirakı ilə yaradılan bu platforma nəinki Türk Dövlətləri Təşkilatında təmsil olunan ölkələrin tibb mütəxəssisləri ilə, eyni zamanda digər ölkələrdə fəaliyyət göstərən türksoylu peşəkarlarla əlaqələr qurmaq, onların təcrübələri ilə tanış olmaq və gələcək əməkdaşlıq imkanlarını müəyyən etmək üçün möhkəm əsaslar yaradıb: “Bu strateji və gələcəyə yönəlmiş addımların nəticəsidir ki, bugünkü tədbirdə müxtəlif qitələrdən olan nümayəndə heyətləri iştirak edir və qurultay biliklərin mübadiləsi üzrə beynəlxalq platformaya çevrilib”.

Bir neçə gün bundan öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycana rəhbərliyinin 20 illik dövrü ölkəmizdə böyük qürur və sevinc hissi ilə qeyd edildiyi bildirilib. “15 oktyabr 2023-cü il tarixdə üçrəngli bayrağımız cənab Prezidentin siyasi iradəsi sayəsində bütün ölkə ərazisində dalğalanmağa başladı və Respublikamızın suverenliyi tam bərpa olundu. 30 illik işğal dövründən sonra azad olunmuş ərazilərin sürətli şəkildə ölkənin bütün sektorlarına inteqrasiyası başlanıb. Bu prosesdə müasir informasiya texnologiyalarının tətbiqi mühüm rol oynayır”, - deyə nazir vurğulayıb.

Teymur Musayev müasir səhiyyə sistemlərinin dinamik inkişafını təmin edən əsas amilin səhiyyənin rəqəmsallaşması olduğunu, texnoloji inkişaf və tibbi biliklərin kəşfi nəticəsində hazırda qlobal səhiyyə sektorunun transformasiya dövrünü yaşadığını da qeyd edib. “Hazırda səhiyyədə müxtəlif proseslərdə effektivliyi artırmaq üçün süni intellektdən istifadə olunur. Qurultayın süni intellekt sahəsində müxtəlif mövzulara toxunacağına və Türkiyə Respublikasının bu sahədəki təcrübəsinin iştirakçılarda böyük maraq yaradacağına inanıram”, - deyə nazir fikrini tamamlayıb.

Daha sonra, “IX Türk Tibb Dünyası Qurultayı” çərçivəsində Azərbaycan və Türkiyə səhiyyə nazirləri arasında ikitərəfli görüş də keçirilib. Tərəflər Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətləri, səhiyyə sahəsində əməkdaşlıq, həmçinin birgə layihələr ətrafında səmərəli fikir mübadiləsi aparıblar. Qeyd edilib ki, qurultayın bu ilki mövzusu olan səhiyyə sahəsində süni intellektin tətbiqi ilə bağlı fikir və təcrübə mübadiləsinin aparılması müasir texnoloji inkişaf və tibbi biliklərin kəşfinə, rəqəmsal həllərin tətbiqinə geniş imkanlar yaradacaq.

Tədbir çərçivəsində Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevə “Əziz Sancar elm, xidmət və təşviq” mükafatı təqdim olunub.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR