20-10-2023, 16:49 1265

Baba Rzayev: “Bu günə kimi 14 yerdə SES tikilərək yenidən qurulub”

Prezidentin işğaldan azad edilən ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq, bu günə kimi 14 yerdə su elektrik stansiyası (SES) tikilərək yenidən qurulub.

“AVESTA.AZ”un “Azərenerji” ASC-yə istinadən verdiyi məlumata görə, bunu Səhmdar Cəmiyyətin rəhbəri Baba Rzayev “AzərEnerji”nin Baş İdarəetmə Mərkəzində Energetiklər Günü ilə bağlı keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, hazırda 3 SES-də işlər tamamlanır və 9 yerdə tikinti davam edir: “Eyni zamanda suverenliyimiz bərpa edilən ərazilərdə stansiya və yarımstansiyalar bərpa edilir”.

B.Rzayev bildirib ki, Prezident İlham Əliyevin xüsusi diqqəti və enerji strategiyasına uyğun olaraq bu günə kimi Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə yarımstansiya tikilərək istismara verilib: “700 km-dən artıq 330 və 110 kV-luq yüksəkgərginlikli ötürmə xətti çəkilərək bütün işğaldan azad edilən ərazilərə 100 % enerji çatdırılıb. Ən əsası bütün yarımstansiyalar Azərbaycanın ümumi enerji sisteminə qoşulub”.

O, builki energetiklər gününün çox əlamətdar vaxta təsadüf etdiyini bildirib: “Əvvəla ona görə ki, 5 gün əvvəl oktyabrın 15-də Müzəffər Ali Baş Komandan İlham Əliyev şanlı bayrağımızı Xankəndi, Ağdərə, Xocalı, Xocavənd rayonlarında ucaltdı. Digər tərəfdən, məhz həmin gün, 15 oktyabr tarixi həm də Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyinə təsadüf edirdi. Həmin 20 il ərzində Azərbaycan dövləti tarixi boyu heç zaman bu qədər inkişaf etməyib və bu qədər güclü olmayıb. Bütün sahələrdə olduğu kimi elektroenergetikamızın bugünkü səviyyəyə çatması, Azərbaycanın sayılıb-seçilən enerji dövləti titulunu alması, ən müasir texniki avadanlıqlarla təchiz olunaraq rəqəmsallaşdırılması, həmçinin alternativ və bərpa olunan enerjinin prioritet sahəyə çevrilməsi, 40-a yaxın yeni elektrik stansiyasının tikilməsi, 100-dən artıq yarımstansiyanın tikilərək yenidən qurulması, min kilometrlərlə müxtəlif gərginlikli ötürmə xətlərinin çəkilməsi, hazırda ölkədə istehsal olunan enerjinin 20 %-ə yaxın hissəsinin ixrac edilməsi və digər bu kimi məsələlər Prezident İlham Əliyevin davamlı enerji strategiyasının həyata keçirilməsinin təzahürüdür”.

Tədbirdə çıxış edənlər bildirib ki, bu gün Azərbaycanın energetika sektoru dünyanın bir çox ölkələrinə, o cümlədən inkişaf etmiş ölkələrinə nümunə göstəriləcək səviyyədədir. Bu isə heç şübhəsiz, Prezident İlham Əliyevin elektroenergetika ilə bağlı həyata keçirdiyi uğurlu enerji strategiyasının, davamlı diqqət və qayğısının nəticəsidir.

Paylaş

Xəbər lenti

Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Bu gün, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Bu gün, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Bu gün, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Bu gün, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Bu gün, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Bu gün, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Bu gün, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Bu gün, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Bu gün, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Bu gün, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Bu gün, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR