21-10-2023, 13:37 895

Bakıda

Oktyabrın 21-də Azərbaycan Dillər Universitetində (ADU) Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Neokolonializm və ədalətsizlik: iki dünyəvi təhlükəli tendensiya” mövzusunda tədbir keçirilib.

"AVESTA.AZ" xəbər verir ki, görüşdə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov, universitetin professor-müəllim heyəti, fransız dili üzrə təhsil alan tələbələr, Qvadelupanın Azadlıq uğrunda Xalq Birliyinin üzvü Jan-Jakob Bisep, Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol, Fransız Qvianasının Sosial Azadlığı və Dekolonizasiya naminə Hərəkatın siyasi bürosunun üzvü Moris Pindard, Fransız Polineziyası Assambleyasının üzvü Heinui Robert le Caill və başqaları iştirak ediblər.

Toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı çıxışına dair video-çarx təqdim olunub. ADU-nun Fransız dilinin leksikologiyası kafedrasının müdiri, professor Gülnarə Sadıqova, Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, professor Ülfət İbrahim və fransız dili müəllimi Anar Hacıyev tədbirin aktuallığı və əhəmiyyətindən danışıb.

Qeyd olunub ki, ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib. Müasir dövrdə Azərbaycanda həyata keçirilən multikulturalizm siyasəti dövlətin tolerantlıq prinsiplərinə sadiq qalmasının bariz nümunəsidir. XXI əsr insan hüquqlarının qorunması əsridir. Dünya xalqları sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyir. Bu tendensiyanı gələcək nəsillərə ötürmək prioritet istiqamətlərdən biridir. İnsan hüquq və azadlıqlarının qorunması, dünya ölkələrində multikultural dəyərlərin daha da geniş yayılması istiqamətində Azərbaycanın fəaliyyəti danılmazdır.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov rəhbərlik etdiyi qurumun fəaliyyətinə və kolonializmlə mübarizəyə dair fikirlərini bölüşüb.

Çıxış edən qonaqlar bəzi Avropa ölkələrinin müstəmləkəçilik siyasətinin ağır fəsadlara yol açdığını qeyd ediblər. Onlar bildirib ki, ana dillərinin istifadəsi məhdudlaşır, bunun yerinə fransız dili hökmranlıq edir. Qvadelupa əhalisinin dörd əsrdir Fransanın əsarəti altında yaşadığını vurğulayan Jan-Jakob Bisep deyib ki, Qvadelupanın təbii sərvətləri illərdir Fransa tərəfindən mənimsənilir: “Onlar öz kitablarında bizim dilimizi, tariximizi, mədəniyyətimizi təhrif edir, gənclərimizə Fransa tarixini və dilini öyrədirlər”.

Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol, Fransız Qvianasının Sosial Azadlığı və Dekolonizasiya naminə Hərəkatın siyasi bürosunun üzvü Moris Pindard Fransanın müstəmləkəçilik siyasəti nəticəsində maliyyə və iqtisadi cəhətdən asılı vəziyyətə salındıqlarını diqqətə çatdırıblar.

Tədbirdə qeyd olunub ki, həmçinin təhsil və mədəniyyət sahələrində də dominantlıq var. Dərslər Fransa dərslikləri vasitəsilə keçilir. Qonaqlar Fransanın müstəmləkiçlik siyasətini və dil sahəsindəki zorakılıqlarını pisləyib, dövrü nəşrlərin ana dilində dərc olunmasının zəruriliyini diqqətə çatdırıblar.

Daha sonra görüş interaktiv formada – tələbə, müəllim və jurnalistlərin sual-cavabı ilə davam edib.

Qeyd edək ki, oktyabrın 20-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfrans keçirilib.

Paylaş

Xəbər lenti

Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR