
Şənbə və bazar günləri daxili işlər orqanları tərəfindən 54 cinayətin üstü “isti izlər”lə açılması təmin edilib.
Avesta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunmuşdur.
Axtarışda olduğuna görə, ümumilikdə 60 nəfər, o cümlədən, borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.