23-08-2022, 16:00 681

Azərbaycanlı dünya çempionu:

"Ermənistan idmançısıyla yarımfinal görüşü çətin keçdi".

"AVESTA.AZ"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş U-20 dünya çempionatının qalibi olmuş Nihad Quluzadə deyib.

55 kq çəki dərəcəsində çıxış edən idmançı gənclərdəki son ilini uğurla başa vurduğunu bildirib: "“Bu il Avropa və dünya çempionu oldum. Bir illik əziyyətimiz boşa getmədi. Məşqçilərimizə, diqqət və qayğısını bizdən əsirgəməyən federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm. Dünya çempionu olduğum üçün çox sevinirəm. Yunanıstan və Yaponiya güləşçilərinə tam üstünlüklə qalib gəldim. Ermənistan idmançısıyla yarımfinal görüşü çətin keçdi. Ona da qalib gəldim. Finalda AÇ-də məğlub etdiyim Rumıniya güləşçisiylə qarşılaşdım və yenə ona qalib gələrək dünya çempionu oldum”.

67 kq-da dünya çempionu olan Kənan Abdullazadə 5 görüş keçirdiyini qeyd edib: "Bir neçə qarşılaşmada hesabda geridə olsam da, qələbə qazana bildim. Ən gərgin görüş Türkiyə güləşçisinə qarşı baş tutdu. Finalda Gürcüstan idmançısıyla qarşılaşdım. Avropa çempionatında ona məğlub olmuşdum. Bu dəfə revanş aldım. Güclü təlim-məşq toplanışı keçmişdik. Üzərimdə əziyyəti olan məşqçilərimizə təşəkkür edirəm”.

72 kq-da mübarizə apararaq qızıl medal qazanmış Qurban Qurbanov 5 il bundan əvvəl yeniyetmələr arasında dünya çempionu olduğunu xatırladıb: "Ondan sonra müxtəlif əyarlı medallar qazanmışdım. Ancaq gənclərdə dünya çempionu ola bilməmişdim. Əziyyətimiz yerdə qalmadı. Əlbəttə, bu nəticəni U-23 dünya çempionatında da təkrarlamaq olar. Ancaq heyəti məşqçilər müəyyənləşdirəcək. Çalışacağıq ki, həmin heyətdə yer alıb, ölkəmizi layiqincə təmsil edək”.

Komandanın böyük məşqçisi Nurəddin Rəcəbov onları ağır yarış gözlədiyini bildiklərini qeyd edib: "Bir neçə komandayla birgə yüksək səviyyədə təlim-məşq toplanışı keçmişdik. Vitaminlə təmin olunmuşduq. Federasiya rəhbərliyinə və məşqçilərimizə təşəkkür edirəm. Hər şey yüksək səviyyədə idi. Nəticə də göz qabağındadır. DÇ-də 50-ə yaxın ölkə təmsil olundu. 3 qızıl və 2 gümüş bürünc medal qazandıq. Komanda hesabında 2-ci yeri tutduq. Son 8 ilin ən yaxşı nəticəsinə imza atdıq. Hər kəsi təbrik edirəm. Hətta bundan da yaxşı nəticə gözləyirdim. Bəzi çəkilərdə gözlədiyimiz nəticəni ala bilmədik. Bu da zədələrlə bağlıdır. Bizim üçün çətin olacağını bilirdik. Çünki 97 və 130 kq-da təmsil olunmurduq. Ancaq güvəndiyimiz idmançılarımız var idi. Tarixi nəticəyə imza atdıq. Bu gənclərimizə hətta qarşıdakı Olimpiya Oyunlarında da etimad göstərmək olar. Taktiki-texniki hazırlıqları qaydasındadır”.

Xatırladaq ki, DÇ-də Nihad Quluzadə (55 kq), Kənan Abdullazadə (67 kq) və Qurban Qurbanov (72 kq) qızıl, Nihat Məmmədli (60 kq) ilə Laçın Vəliyev (87 kq) isə bürünc medal qazanıb. Bu nəticə ilə Azərbaycan İrandan sonra ikinci olub.

Paylaş

Xəbər lenti

Tokayev Trampın siyasətini dəstəklədiyini bildirib, onu Qazaxıstana səfərə dəvət edib Bu gün, 20:48 Dünyanın 1 nömrəli avtomobil idxalçısı – Azərbaycan və Gürcüstan avtomobil biznesi üçün tarixi gün! Bu gün, 20:48 Yaşayış binasının altında mərasim evi açılması sakinlərin etirazına səbəb oldu Bu gün, 20:48 Ucuz torpaq sahələri satışa çıxarıldı - QİYMƏTLƏR Bu gün, 20:48 Tramp ona sui-qəsd ediləcəyi təqdirdə İranı bombalamaq barədə göstəriş verib Bu gün, 20:48 Latviya rəsmisi Azərbaycanın məhkəmə sistemində aparılan islahatları yüksək qiymətləndirib Bu gün, 19:48 Azərbaycan İran və Rusiyaya pambıq tədarükünü kəskin artırıb Bu gün, 19:48 Milli Məclisin iyulun 13-də keçiriləcək iclasının gündəliyi açıqlanıb Bu gün, 19:48 Uşaqları bu saatlarda dənizə aparmayın! - XƏBƏRDARLIQ Bu gün, 19:48 Tramp: İran ABŞ-dən danışıqları davam etdirməyi xahiş edib Bu gün, 19:48 Cəlilabad və Biləsuvardan olan fermerlərə 10 min manatdan çox sığorta ödənişləri edilib Bu gün, 18:48 İqtisadi Şuranın iclası keçirilib Bu gün, 18:48 "Qan pulu"nu alanda insan dirilir?!" Bu gün, 18:48 Bakıda partlayışda xəsarət alan ər-arvad xəstəxanada ÖLDÜLƏR Bu gün, 18:48 "Ərzaq təminatı xəritəsi" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib Bu gün, 18:48 Sürücülər üçün "parkur": Bakıda bina inşa edib, yola pilləkən saldılar Bu gün, 18:48 FIFA ilə UEFA arasında gərginlik: Yeni qaydalar dünya futbolunu iki cəbhəyə bölüb Bu gün, 18:48 Azərbaycan beynəlxalq axtarışda olan iki nəfəri Özbəkistana ekstradisiya edib Bu gün, 18:48 Bakıda bəzi avtobus marşrutlarının hərəkət sxemi dəyişdirildi Bu gün, 17:48 Azərbaycan futbolunda 13 il sonra tarixi uğur təkrarlanıb Bu gün, 17:48 Psixoloqdan gözlənilməz açıqlama: Arıqlamağın sirri pəhrizdə deyil Bu gün, 17:48 Kibrit qalmaqalında ittiham olunan 67 yaşlı şəxs həbsdə saxlanıldı Bu gün, 17:48 Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ Bu gün, 17:48 Xocalı və Ağdərədə 34 ildən sonra sakinlər taxıl biçini aparır Bu gün, 17:48 Son bir həftədə yaşıllıqlara 36 min manatdan çox ziyan dəyib Bu gün, 17:48 Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi təyin olunub Bu gün, 16:48 Sahibə Qafarova: "Rəqəmsal idarəetmə müasir parlament institutlarının əsas sütunlarından birinə çevrilib" Bu gün, 16:48 Azərbaycan millisi Parisdəki beynəlxalq turnirin qalibi olub Bu gün, 16:48 Alimlər Yer üzündə həyatın nə vaxt sona çata biləcəyini hesablayıblar Bu gün, 16:48 Kerem Bürsin: "Bakı, sən çox gözəl şəhərsən!" Bu gün, 16:48 Bakıda elektrik yarımstansiyasından 10 min manatlıq oğurluq olub Bu gün, 16:48 Sakinlər dəhşət yaşadılar: "Kəndi su aparıb, tədbir görən yoxdur!" Bu gün, 16:48 Altıncı "Yüksəliş" müsabiqəsində 130 nəfər finala vəsiqə qazanıb Bu gün, 16:48 Rusiyadan Ermənistana göndərilən propan və gübrə Biləcəridən yola salındı Bu gün, 16:48 Azərbaycanlı şair vəfat edib Bu gün, 16:48 Türkiyə Rusiyadan aldığı S-400-ləri başqa ölkəyə satıb? Bu gün, 16:48 Atasının ölüm xəbərini alan azərbaycanlı gəmi kapitanı VƏFAT ETDİ Bu gün, 15:48 Göyçayda ev və obyektlərdən oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub Bu gün, 15:48 Azərbaycanda qulaqdibi xəstəliyi ilə bağlı vəziyyət necədir? - RƏSMİ Bu gün, 15:48 Naxçıvanda avtobus yanıb Bu gün, 15:48 Xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ Bu gün, 15:48 SOCAR-da 54 nəfər enerji idarəçisi müəyyən edilib Bu gün, 15:48 Azərbaycan millisi Parisdəki beynəlxalq turnirin finalına vəsiqə qazanıb Bu gün, 15:48 Ankaranın türk dünyası strategiyası dəyişir: Növbə vətəndaş cəmiyyətinindir Bu gün, 15:48 Dövlət əmlakının özəl əmlakla dəyişdirilməsinə imkan yaradılması I oxunuşda təsdiqlənib Bu gün, 14:48 13 nömrəli avtobusda yaranmış narahatlığa görə sərnişinlərdən üzr istənildi - AÇIQLAMA Bu gün, 14:48 İcbari tibbi sığorta şəhadətnaməsinin elektron formata keçirilməsi I oxunuşda qəbul olunub Bu gün, 14:48 Milli Məclisin növbəti iclası iyulun 13-də keçiriləcək Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR