
Bakıda baş verən partlayışda xəsarət alan ər-arvad dünyasını dəyişiblər.
AVESTA.AZ Oxu.az-a istinadən xəbər verir ki, partlayış nəticəsində xəsarət alan 1984-cü il təvəllüdlü Pərvin İsrafilov və onun həyat yoldaşı 1990-cı il təvəllüdlü Arzu İsrafilova xəstəxanada vəfat ediblər.
Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 4-də Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən yaşayış evində partlayış hadisəsi baş verməsi ilə əlaqədar xəsarət alan şəxslərdən 2011-ci il təvəllüdlü yeniyetmənin müalicəsi Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.
"Aparılan reanimasiya tədbirlərinə və həkimlərin səylərinə baxmayaraq 1984-cü il təvəllüdlü kişinin və 1990-cı il təvəllüdlü qadının bioloji ölüm faktı qeydə alınıb", - deyə TƏBİB-dən bildirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.