23-10-2023, 09:30 463

Həkim:

"Xüsusən payız mövsümündə qan təzyiqi, bronxial astma, şəkərli diabet kimi xəstəliklərdən əziyyət çəkən şəxslər tədbirli olmalıdır".

"AVESTA.AZ" xəbər verir ki, bunu TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 7 nömrəli Şəhər Poliklinikasının həkim-terapevti Güney Nuruyeva deyib.

Onun sözlərinə görə, bəzən müəyyən xəstəliklərin ağırlaşması fəsil dəyişmələri zamanı daha çox müşahidə edilir: “Havanın dəyişkən keçdiyi günlərdə insanlarda immunitetin zəifləməsi müşahidə olunur. Bununla əlaqədar olaraq mövsümi və digər respirator xəstəliklər yaranır. Xüsusən payız mövsümündə qan təzyiqi, bronxial astma, şəkərli diabet kimi xəstəliklərdən əziyyət çəkən şəxslər lazımi tədbiri mütləq etməlidir ki, mövsümi xəstəliklər daha ağır keçməsin”.

Virus xəstəliklərinin daha çox fəsil dəyişkənliyi zamanı meydana çıxdığını vurğulayan G.Nuruyeva bildirir ki, temperaturun kəskin enməsi və eləcə də, insanların daha çox qapalı məkanlarda toplaşması mövsümi xəstəliklərin artmasına gətirib çıxarır: “Qrip influenzasına hər il 3-5 milyon arasında insan yoluxur. Təbii ki, qrip digər orqanlardan da fəsadsız ötüşmür. Ümumi olaraq deyə bilərəm ki, qrip viruslarına hər yaş kateqoriyasında olan şəxslər yoluxur. Qripə yoluxmuş şəxslərdə yanaşı xəstəliklər, immunitet zəifliyi, həmçinin normadan artıq bədən çəkisi olsa, onlar qripi daha ağır formada keçirirlər”.

Həkim-terapevt G.Nuruyeva qripə və digər respirator xəstəliklərə yoluxmamaq üçün diqqət yetirməli olduğumuz məqamlara da aydınlıq gətirib: “İlk növbədə şəxsi gigiyenaya və təmizliyə riayət etmək lazımdır. Əllər mütləq şəkildə təxminən 20 saniyə sabunla yuyulmalı, maska və bu kimi tibbi-qoruyucu vasitələrdən istifadə edilməli, xəstəlik şübhəsi olan insanlardan mütləq uzaq durulmalıdır. İmmunitetin möhkəmləndirilməsi məqsədilə mövsümi meyvə-tərəvəzlərdən istifadə etmək, eyni zamanda maye qəbulunu artırmaq, vitaminlərlə zəngin olan qidalara üstünlük vermək, həmçinin gündəlik hava şəraitinə uyğun olaraq geyim seçmək lazımdır”.

O vurğulayır ki, çox zaman insanlar soyuqdəymə və qripi eyniləşdirir, amma bu iki anlayış arasında fərqlər var: “Temperaturun kəskin aşağı düşdüyü günlərdə düzgün geyim seçilməməsi soyuqdəyməyə səbəb olur, lakin soyuqdəymə daha yüngül formada keçir. Amma qrip birbaşa olaraq viruslarla yayıldığından soyuqdəymədən ağır keçirilir. Bir məqamı da qeyd etmək lazımdır ki, qrip və digər respirator xəstəliklərin simptomları müşahidə edildiyi ilk anlarda ərazi üzrə ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə və həkim-mütəxəssislərə müraciət etmək lazımdır. Mütləq şəkildə evdə özbaşına müalicədən, ələlxüsus da həkim təyinatı olmadan dərman preparatlarından və antibiotiklərdən istifadədən uzaq durmaq lazımdır. Əks halda, bu, xeyirdən çox zərərə səbəb olur”.

Paylaş

Xəbər lenti

Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Dünən, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Dünən, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR