
“Səbail” Azərbaycan çempionatlarında 150-ci qolunu vurub.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "dənizçilər"in yubileyi X turda “Neftçi” ilə oyunda qeydə alınıb.
Bu topa fransalı hücumçu Aleksandr Ramalinqom imza atıb. O, 4:2 hesabı ilə qalib gəldikləri matçda komandasının ikinci qolunun müəllifi olub.
“Səbail” “150”yə 178-ci matçda çatıb. Paytaxt təmsilçisinin orta məhsuldarlığı 0,84-dür.
Bakı klubu ölkə çempionatları tarixinə 150 və daha çox qol vuran 24-cü komanda kimi düşüb. “Səbail” ilk dəfə 2017-ci il avqustun 13-də fərqlənib. “Zirə” ilə səfər görüşünün (1:2) 43-cü dəqiqəsində Vüqar Nadirov rəqib qapısına yol tapıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.