23-10-2023, 15:46 456

Fransanın utanc tarixi - neokolonializmin sınaq laboratoriyası - ŞƏRH

Fransa beynəlxalq hüquqa əhəmiyyət verməyən iddialı dövlətlərdəndir. Emmanuel Makron prezident olduqdan sonra Yelisey sarayı neokolonial siyasət yürütməyə başlayıb. Bunun üçün rəsmi Paris hərbi yoldan da istifadə edir. Afrikada bunu daha aydın görmək mümkündür. Bir zamanlar qovulduğu ölkələrdə “antiterror əməliyyatları” adı altında mövcudluğunu qorumağa səy göstərməsi bunu təsdiqləyir. Hətta Frankofoniya tədbirləri ilə keçmiş müstəmləkə torpaqlarını birləşdirməyə cəhd edir. Ermənistanı da bu quruma qəbul edib İrəvanda tədbir keçirib. Rəsmi Paris bununla da Ermənistanın onun himayədarlığında olduğunu elan edib. Başqa sözlə, Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanı Fransa himayə edib. Bu həm də Emmanuel Makron Fransasının işğal və qonşu dövlətin ərazisinin təcavüzə uğraması kimi beynəlxalq hüquqa zidd addımı dəstəkləməsidir. Odur ki, Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi bütün cinayətlərə Fransa da şərik sayıla bilər.

İşğalçı Ermənistan Azərbaycan torpaqlarından qovulduqdan sonra Paris ona daha çox yiyəlik etməyə başlayıb. Ötən gün bu ölkənin müdafiə naziri Suren Papikyan fransalı həmkarı Sebastyan Lekornın dəvəti ilə Parisə işgüzar səfər edib. Erməni nazirin səfəri çərçivəsində Fransadan silahların alınmasına dair sazişlərin rəsmiləşdiriləcəyi gözlənilir. Oktyabrın 17-də S.Lekorn bildirib: “Biz Ermənistanın fransız istehsalçılarından müəyyən sayda silah almasını rəsmiləşdirəcəyik”. Bu, sentyabrda Fransanın Ermənistanla bağlı atdığı addımların davamıdır. Ötən ay Fransanın xarici işlər naziri Ketrin Kolonna İrəvana səfəri zamanı bu ölkə ilə hərbi əməkdaşlığı gücləndirəcəklərini vəd etmişdi: “Bu Fransanın Ermənistanı dəstəkləməsinə əyani sübutdur”. Rəsmi Paris İrəvandakı səfirliyinə hərbi attaşe də təyin edib. Bu, Fransanın Cənubi Qafqazda yürütdüyü avantürist siyasətdir. Makron hakimiyyəti ciddi-cəhdlə Ermənistanı rusiyasızlaşdırmağa səy göstərir. Belə anlaşılır ki, bu ölkədəki anti-Rusiya çıxışları və aksiyalarının arxasında öz yeni müstəmləkəçilik siyasətini reallaşdırmaq istəyən Fransa dayanır. Rəsmi Paris regionda İrəvanı həm də Avropa İttifaqının ən etibarlı tərəfdaşı kimi göstərməyə səy göstərir. O, perspektivdə isə İrəvanı İttifaqın regional canişini də elan edə bilər. Belə əməkdaşlıq isə Alyansın regionda nüfuzuna xələl vuracaq. Çünki Ermənistan qonşu dövlətin ərazisini 30 ilə yaxın işğalda saxlamış dövlətdir. Onun hərbi, siyasi və s. istiqamətdə dəstəklənməsi Cənubi Qafqazda sülhə, təhlükəsizliyə və əməkdaşlığa zərbədir.

1944-cü ildə ABŞ-ın ovaxtkı maliyyə naziri Genri Moqentau Prezident Franklin Ruzveltə müharibədən sonrakı Almaniyaya tətbiq ediləcək məhdudlaşdırıcı tədbirlər planını təqdim edib. Həmin təkliflərin bəzilərinə diqqət edək: Faşist Almaniyasının bütün hərbi materiallarının daşınması və ya məhv edilməsi, hərbi sənaye kompleksinin tamamilə sıradan çıxarılması, bu ölkənin silahsızlaşdırılması, orta və ali təhsil müəssisələrinin yenidən təşkil olunması, məktəb və dövlətin bütün qurumlarının rəhbərlərinin tutduqları vəzifədən azad edilməsi, Almaniyanın bütün sənaye, ticarət və maliyyə sisteminə 20 il müddətinə BMT-nin nəzarət etməsi, hərbi canilərin cinayətə cəlb olunması, bütün uçuş aparatlarının müsadirə olunması, heç bir almanın aviasiya sahəsində xidmət etməməsi. Bu və başqa bu kimi sanksiyalar müharibə başa çatan kimi tətbiq edildi. Almaniya xarici ölkələrdə hərbi əməliyyatlarda çıxış edə bilmədi. SSRİ dağıldıqdan və iki Almaniyanın birləşməsi ilə bu ölkəyə tətbiq olunan 44 illik qadağalar aradan qaldırıldı. Faşist Almaniyasına bu yasaqlar işğalçılıq siyasəti yürütdüyünə, çoxlu sayda insan qırğınına, soyqırımı və başqa hərbi cinayətlər törətdiyinə görə məruz qalıb.

Ermənistan da Azərbaycan torpaqlarını işğal edib, soyqırımı törədib, bütün növ mülki, inzibati, sosial binaları, tarixi, dini abidələri məhv edib və s. Odur ki, bu ölkəyə qarşı uzunmüddətli sanksiya tətbiqi daha məntiqi olardı. Bu ölkənin mahiyyətində işğalçılıq, faşizm var. Yeni, mütərəqqi erməni nəslinin yetişməsi məqsədilə bu dövlətin təhsil sisteminin, humanitar elmlərə aid tədris kitablarının yenilənməsi vacibdir. Beynəlxalq ictimaiyyət bu halda Ermənistana daha böyük fayda verər. Fransanın timsalında bu ölkənin dəstəklənməsi, hərbi sahədə əməkdaşlığın genişlənməsi, silahlandırılması Cənubi Qafqazda revanşist qüvvələrə də yardım sayıla bilər. Rəsmi Parisin İrəvanla hərbi əməkdaşlığı bölgədə tarazlığın pozulmasına təkan verər. Bu isə Cənubi Qafqazda sürətlə silahlanmaya səbəb olar.

Yelisey sarayı hərbi yardımı, sponsorluğu ilə işğalçı düşüncəsindən xilas ola bilməyən Ermənistanı və erməniləri yeni təhlükəyə sürükləyir. Bu, Azərbaycanla münasibətləri normallaşdırmaq, sülh müqaviləsinin imzalanması barədə rəsmi İrəvanın verdiyi bəyanatların boşboğazlıqdan başqa bir nəsnə olmadığını da təsdiqləyir. Parislə hərbi sahədə əməkdaşlığı inkişaf etdirməklə İrəvan özünə etibarsızlığı artırır. Fransa Ermənistanı silahlandırıb onun vasitəsilə regionda yeni müstəmləkəçilik siyasəti həyata keçirmək istəyir. Ancaq Əlcəzairdən, Nigerdən, Malidən qovulan yeliseyçilər bu taleyi Cənubi Qafqazda da yaşaya bilər. Bu baxımdan, Makron Fransanı neokolonialist siyasətinin təcrübə laboratoriyasına çevirib.

Paylaş

Xəbər lenti

Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Bu gün, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Bu gün, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Bu gün, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Bu gün, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Bu gün, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Bu gün, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Bu gün, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Bu gün, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Bu gün, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Bu gün, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Bu gün, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR