
Humanitar yardım daşıyan 20 yük maşını Misirdən “Rəfah” sərhəd-keçid məntəqəsindən keçərək Qəzza zolağına gedib.
“Report” xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik söyləyib.
“Humanitar təşkilatlardan olan həmkarlarımız bu gün 20 yük maşınının “Rəfah” sərhəd-keçid məntəqəsindən keçərək Misirdən Qəzza zolağına yola düşdüyünü bildirdilər”
Onun sözlərinə görə, humanitar yardım konvoylarının göndərilməsindən cəmi üç gün ərzində 54 yük maşını Qəzza zolağına yollanıb: “Bu, okeanda bir damladır. Məncə, hər gün Qəzza zolağına adətən təxminən 450 yük maşını gedirdi”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.