
Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində 7 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
"AVESTA.AZ" xəbər verir ki, 2016-cı il təvəllüdlü L.Y. yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Ona müştərək travma və qapalı kəllə-beyin travması diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.