
Bakının Suraxanı rayonunda 7 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.
“Report”un məlumatına görə, 2016-cı il təvəllüdlü Y. Nəcəfli yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.