24-10-2023, 13:57 586

Elçin Əmirbəyov: “Cənubi Qafqaz ölkələri regional məsələlərin həllində əsas rol oynamalıdır”

“Ötən gün Tehranda keçirilən nazirlərin görüşündə “3+3” formatının iştirakçıları konsensusa gəliblər ki, məhz region ölkələrinin regional problemlərinin həllində əsas rol oynaması lazımdır və bu mənada biz bu strateji əhəmiyyətli regionun gələcəyinin formalaşdırılmasında aidiyyət və iştirak hissimizi gücləndirmək niyyətindəyik”.

“Report” xəbər verir ki, bunu BBC radiosunun canlı efirində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

“Bu mənada ölkələrin kənar oyunçuların regionun işlərinə zərərli xarici müdaxiləsinə qarşı çıxması təbiidir. Regiondankənar oyunçular çox vaxt öz mənfur daxili siyasətlərinə və maraqlarına əsaslanan “reseptləri”ni zorla Cənubi Qafqaz ölkələrinə qəbul etdirməyə çalışırlar”, - o vurğulayıb.

E.Əmirbəyov xatırladıb ki, məsləhətçi regional platformanın yaradılması ideyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra irəli sürülüb: “Bu təşəbbüsün məqsədi fəal regional əməkdaşlıq üçün mövcud ciddi potensialdan istifadə etməkdir. Söhbət Cənubi Qafqazın üç dövləti ilə onların ən yaxın qonşuları – Türkiyə, Rusiya və İran arasında ticarət, nəqliyyat kommunikasiyaları, enerji təhlükəsizliyi, mədəniyyət, elm və s. kimi perspektivli sahələrdə əməkdaşlıq və praktiki qarşılıqlı fəaliyyətdən gedir”.

Onun sözlərinə görə, Fransa BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı, Avropa Parlamenti və hətta Beynəlxalq Frankofoniya Təşkilatı kimi beynəlxalq qurumlardakı aparıcı rolundan sui-istifadə edir və bu məqam Azərbaycana münasibətdə açıq şəkildə özünü büruzə verir: “Təəssüf ki, Paris qərəzli, birtərəfli və açıq şəkildə anti-Azərbaycan təşəbbüslərini daim irəli sürməklə, öz daxili siyasi gündəminin girovuna çevrilir. Bununla bu ölkə təkcə öz nüfuzuna deyil, həm də Avropa İttifaqının Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında mümkün vasitəçi kimi reputasiyasına xələl gətirir”.

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Fransadan Ermənistana böyük miqdarda silah və texnikanın tədarükünə də münasibət bildirib:

“Fransa qarşıdurma və Cənubi Qafqaz regionunun daha da hərbiləşdirilməsi yolu ilə gedir. Bununla Paris regionla bağlı siyasətinin təhlükəli və kifayət qədər proqnozlaşdırıla bilən nəticələrini tamamilə görməzdən gəlir”, - o əlavə edib.

Paylaş

Xəbər lenti

Bakıda qış hazırlığı başladı - Bu rayonlarda qarla mübarizə üçün tapşırıqlar verildi Bu gün, 11:48 Rəhimdən danışan şairə: "Xərçəng olduğuna inana bilmirdi, həkimə getmək istəmirdi" Bu gün, 11:48 DTX rəsmisi: Azərbaycanın informasiya resursları kiberhücumlara məruz qalıb Bu gün, 11:48 Alen Simonyan Azərbaycana səfər edəcək Bu gün, 11:48 Tramp və Si Cinpin arasında görüş başa çatıb Bu gün, 11:48 BDU-ya rektor təyin edilən Məleykə Abbaszadənin DOSYESİ Bu gün, 11:48 Pensiya alanlara ŞAD XƏBƏR! Bu tarixdə ÖDƏNİLƏCƏK Bu gün, 11:48 Nərman Qocatürkün meyiti tapıldı Bu gün, 11:48 Azərbaycanda şagirdlərin sayı 20 mindən çox azalıb Bu gün, 11:48 Şöbə müdiri: "Xəzərin sahilində 3 227 qanunsuz tikili aşkarlanıb" Bu gün, 11:48 "Yaprak Dökümü"nün qaynana və gəlini 20 il sonra bir arada Bu gün, 11:48 Məleykə Abbaszadə BDU-nun ilk qadın rektoru oldu Bu gün, 11:48 Dəhşətli qəzada ölənlər tanınmış aşığın oğlu və nəvələri imiş Bu gün, 10:48 Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq Bu gün, 10:48 Vredestein də Azərbaycanda Radius-u seçdi! Bu gün, 10:48 Si Cinpin və Tramp Şençjendə görüşüblər Bu gün, 10:48 Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib Bu gün, 10:48 Məleykə Abbaszadə DİM-in sədri vəzifəsindən azad edilib, BDU-nun rektoru təyin olunub Bu gün, 10:48 Gürcüstanın DTX-nin rəisi Bakıdadır Bu gün, 10:48 Sürücülərin NƏZƏRİNƏ! Bakıda bir neçə əsas yolda hərəkət məhdudlaşdırılacaq Bu gün, 10:48 Gəncədə köməksiz qalan 75 yaşlı qadın xilas edilib Bu gün, 10:48 Türkan Şorayın kürəkəni ilə görüşməyi gündəm oldu Bu gün, 10:48 Yasamal, Nizami və Xəzər rayonlarında qışa hazırlıqla bağlı müşavirə keçirilib Bu gün, 10:48 Rəsmi Bakı Fransanı Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağırıb Bu gün, 09:48 Vəkil Orxan Kəngərli narkotiklə saxlanıldı Bu gün, 09:48 Qısqanclıq zəminində həyat yoldaşını döyən şəxs cərimələndi Bu gün, 09:48 Ağdamın iqtisadiyyatı Zəfərdən sonra 8 dəfə böyüyüb Bu gün, 09:48 Xankəndi stadionunda yenidənqurmadan sonra ilk rəsmi futbol matçı keçiriləcək Bu gün, 09:48 Azərbaycanda sosial-mədəni tədbirlərə 11 milyard manata yaxın vəsait xərclənib Bu gün, 09:48 Pentaqon rəhbəri müvəqqəti hakimiyyətlə danışıqlar aparmaq üçün Venesuelaya səfər edib Bu gün, 01:48 Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi müzakirə olunub Bu gün, 01:48 AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək? Bu gün, 01:48 Azərbaycanın 4 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib Dünən, 23:48 Paşinyan parlamentdə özündən çıxdı: "Sizi siyasi bomjlara çevirəcəyik!" Dünən, 23:48 Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub Dünən, 23:48 Kvrivişvili: Azərbaycanla əməkdaşlığın genişləndirilməsini müzakirə etdik Dünən, 23:48 Sahibə Qafarova Türkmənistanda işgüzar səfərdədir Dünən, 22:48 Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu Dünən, 22:48 General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi Dünən, 22:48 İnsan yatarkən beynində nə baş verir? - Maraqlı kəşf Dünən, 22:48 Şərabın sağlamlığa faydası yoxdur? Həkimdən diqqətçəkən xəbərdarlıq Dünən, 22:48 Ermənistanın Konstitusiyası dəyişir: Paşinyan referendumla bağlı əminliyini bildirdi Dünən, 21:48 Bərdədə piyadanı avtomobil vuraraq öldürüb Dünən, 21:48 Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər Dünən, 21:48 Şimali Kiprdən Azərbaycana güclü dəstək mesajı: "Bir yumruq kimi birləşən xalq" Dünən, 21:48 Bakının bu ərazisində su təchizatında fasilə yaranıb – SƏBƏBİ AÇIQLANDI Dünən, 20:48 Altı vəkil kollegiyadan çıxarılıb, 27-si cərimələnib - Rəsmi Dünən, 20:48 Aprelin 1-dən nələr dəyişir? - Maaş və müavinətlərlə bağlı YENİ XƏBƏR Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR