24-10-2023, 16:46 553

“Prezident İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 2003-2023-cü illəri birmənalı şəkildə milli dövlətçilik tariximizin qızıl dövrü adlandırmaq olar”.

Bunu “AVESTA.AZ”a açıqlamasında AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılov deyib.

Onun sözlərinə görə, 200 illik problemə son qoyaraq Pənahəli xanın inşa etdirdiyi tarixi yurd yer Xankəndidə Azərbaycan bayrağını ucaldan, ölkənin suverenliyi və ərazi bütövlüyünü bərpa edən Ali Baş Komandan İlham Əliyevə hər bir ziyalı, xalqın bütün nümayəndələri minnətdardır: “İlham Əliyev prezidentliyinin ilk illərində populist deyil, strateji tələbləri özünün hədəfinə çevirdi. Əksər liderlərin çox vaxt strateji tələblərdən imtina etməsi onu göstərir ki, qarşıya qoyulan məqsədə çatmaq üçün çoxsaylı maneələr mövcuddur. Ancaq İlham Əliyevin 20 illik fəaliyyətini analiz etdikdə hər birimizə aydın olur ki, regional və qlobal güclər tərəfindən Azərbaycanın geoiqtisadi layihələrinə qarşı çoxsaylı maneələr və çətinliklər yaradılmasına baxmayaraq, dövlət başçısı strateji düşünmə qabiliyyəti ilə bunları aşa bilib. Məsələn, biz düşünə bilərik ki, Azərbaycan neft hasilatçısıdır və hasil etdiyi məhsulu dünya bazarına maneəsiz çıxara bilər. Ancaq proseslərin analizini apardıqda aydın olur ki, məhsulların dünya bazarına çıxarılması üçün çoxsaylı təhdid və maneələr mövcuddur. Bütün bunlara baxmayaraq, İlham Əliyevin resursların idarə edilməsi və onların dünya bazarına çıxarılması ilə bağlı seçdiyi strateji kurs funksionallıq və davamlılıq baxımdan olduqca əhəmiyyətli olub".

O, həmçinin bildirib ki, bütün bunları nəzərə alaraq bu 20 ilin uğurlarına bir neçə istiqamətdə qısa şərh vermək mümkündür: “Enerji ixracı sahəsində aparılan siyasi kursun Avropanın enerji təhlükəsizliyində oynadığı rolun əhəmiyyəti və onun qlobal səviyyədə Azərbaycana qazandırdığı üstünlükləri vurğulamaq istəyirəm. Azərbaycan İlham Əliyevin rəhbərliyi altında eneji sahəsində böyük inkişaf yolu keçdi və enerji ixracının şaxələndirilməsi strategiyası ölkəmizə qlobal və regional aktor kimi böyük üstünlüklər qazandırdı. Digər tərəfdən Azərbaycanın neft və qaz sahələri, energetika infrastrukturu yüksək səviyyədə inkişaf edib. Bu, Azərbaycanın energetika təhlükəsizliyini təmin etməkdə və energetika resurslarını dünya bazarlarına çatdırmaqda böyük uğur hesab olunur. İkinci məsələ Azərbaycanı kommunikasiya habına çevirmək strategiyası ilə bağlıdır. İlham Əliyev okean və dənizlərə birbaşa çıxışı olmayan Azərbaycanda böyük infrastruktur layihələr həyata keçirməklə ölkənin strateji önəmini dəfələrlə artıra bilib. Bu dövr ərzində dəmir yolları, beynəlxalq səviyyəli avtobanlar, hava limanları, yüksək səviyyəli dəniz limanları inşa olunub. Həyata keçirilən geoqtisadi layihələr Azərbaycanın region və dünya ölkələri ilə əməkdaşlığında müstəsna rol oynayır”.

Sosioloq həmçinin bildirib ki, 20 illik müddətdə təhsil və sağlamlıq sahələrində böyük infrastruktur layihələri həyata keçirilib: "Məcburi köçkün vəziyyətinə salınmış bir milyon insan çadır şəhərciklərindən təxminən yüzdən çox inşa edilmiş müasir şəhərciklərə köçürülüb. Hazırda işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri həyata keçirilir. Artıq işğaldan azad olunmuş ərazilərdə yeni inşa edilmiş müasir evlərdə 30 il əvvəl yurdlarını məcburi tərk etmiş insanlarımız yaşamağa başlayıb. Bütün bunları təhlil etdikdə aydın olur ki, Azərbaycanın hərtərəfli inkişafı üçün İlham Əliyevin ümumi məqsədləri ifadə edən strategiyası var”.

Eyni zamanda M.Cəbrayılov regionun stabilliyinin təmin edilməsi və bir sıra bölgələrdə siyasi-iqtisadi əməkdaşlığın inkişafına İlham Əliyevin verdiyi töhfənin çox qiymətli olduğunu vurğulayıb: "Ən önəmli məsələ isə 200 illik bir dövrü əhatə edən problemə son qoymasıdır. Bu uğurlar da dövlətçiliyin yeni mərhələsidir. Ona görə də İlham Əliyevin liderlik keyfiyyəti və onun 20 illik fəaliyyətinin uğurları ayrı-ayrılıqda ciddi araşdırma tələb edir. Beləliklə, Prezident İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 2003-2023-cü illəri birmənalı şəkildə milli dövlətçilik tariximizin qızıl dövrü adlandırmaq olar. Çünki heç vaxt xalqımız indiki qədər yüksəliş dövrünü yaşamayıb. İndiki qədər güclü, milli birliyi, bütövlüyü təmin edilən misli görünməmiş tərəqqi illəri olmayıb”.

Paylaş

Xəbər lenti

Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48 Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib Bu gün, 10:48 "Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48 Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR