
İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi HƏMAS-la davam edən müharibədə məqsədlərini açıqlayıb.
“AVESTA.AZ” xəbər verir ki, o, hədəfin HƏMAS-ın ali rəhbərliyinin məhvi olduğunu bildirib.
H.Halevinin sözlərinə görə, ordu Qəzzada quru əməliyyatlarına hazırdır: “Biz ölkənin siyasi hakimiyyəti ilə birlikdə növbəti addımlar barədə müzakirələr aparırıq”.
O qeyd edib ki, İsrail ordusu Qəzza zolağındakı hədəflərə dəqiq zərbələr endirir.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.