24-10-2023, 22:14 679

Qərbi Azərbaycan Xronikası: Erməni alim saxtakarların gizli əməlini ifşa etdi

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Yuxuda gördüyünə abidə qoyub, tarix yaradan erməninin sərsəm əməli” adlı veriliş efirə gedib.

"AVESTA.AZ" xəbər verir ki, verilişdə ermənistanlı etnoqraf alim, yazıçı Lusine Xaratyanın Göyçə mahalının Basarkeçər rayonunun 1988-ci ildən erməniləşdirmə siyasətinin qurbanı olması, bu ərazilərə ermənilərin köçürülməsi, yer adlarının dəyişdirilməsi ilə bağlı elmi məqaləsindən söhbət açılır.

O, yazısında ermənilərin Ermənistanda yerləşdirilməsi və müxtəlif yerlərdən gəldikləri üçün bir-birinə yad olması, yerli xalq olan azərbaycanlıların tarixini, abidəsini mənimsəmə prosesini Göyçə mahalının Basarkeçər (Vardenis) rayonunun timsalında təhlil edir, ermənilərin köçürülmə mərhələlərinə nəzər yetirərək onun kulturoloji əngəllər yaratdığını aydın şəkildə nəzərə çatdırır.

Bildirilir ki, L.Xaratyan ermənilərin yaddaş dalanında qaldığına görə, bəşəri dəyərlərə qovuşa bilmədiyini, intiqam, qisas və münaqişə ruhunda yaşadığını qeyd edir, Basarkeçərdə olan azərbaycanlıların qəbirlərinə, abidələrinə olan münasibətdə erməni qisasçılığını, saxtalaşdırma, evləri, kənd adlarını “erməniləşdirən” qaçqınların qəbirlərə olan münasibətini ifşa edir:

“Ən parlaq nümunə kənd qəbiristanlıqlarıdır. Əvvəllər yalnız azərbaycanlıların yaşadığı o kəndlərdə erməni qaçqınları gələnə qədər ancaq azərbaycanlı qəbiristanlığı var idi. Köçürüldükdən və yeni yerdə ilk ölümlərdən sonra ermənilər öz qəbiristanlıqlarını qurdular. Adətən hər iki qəbiristanlıq kəndin kənarında yerləşir və çox vaxt erməni qəbiristanlığı Azərbaycan qəbiristanlığı ilə kənarda üzbəüz salınır. Əvvəlcə dəfnlər xaotik şəkildə aparılsa da, get-gedə nizamlı bir erməni qəbiristanlığı təşkil edildi”.

Diqqətə çatdırılır ki, etnoqraf alim ermənilərin daş basdırıb tarix uydurmaq əməlini əyani şəkildə üzə çıxarır, yuxugörmə nəticəsində yaranan abidələrin bütün kəndlərdə olduğunu vurğulayır, saxta erməni tarixinin necə yarandığını, Azərbaycan izlərinin silinərək yeni “qədim” nümunələr salındığını gerçək sübutlarla ortaya qoyur.

Sonda qeyd olunur ki, ermənilər saxta tarix və mədəniyyət nağılı uydurmaq ilə məşğuldurlar:

“Hətta erməni millətçiliyi ilə zəhərlənmiş Lusine Xaratyan Zod və Babacan kəndində uydurmalar, başqasının tarixinə sahib çıxmaq oyunlarına ironik yanaşmaya bilmir. Bu əlamətlər xroniki “Erməni xəstəliyi”nin kəskinləşməsi və yan fəsadlar verdiyini, yoluxucu olduğunu göstərir. Artıq yuxu və adi kriminal hadisədən əsatir yaratmaq sindromu bütöv bir əraziyə yayılıb və Ermənistandan bütün dünyada olan ermənilərə keçmək ehtimalı var. “Dəmir yumruq” erməni xəstəliyini də müalicə edərək, bütöv bir toplunu xilas etmək missiyasını üzərinə götürməsə ermənilər üçün çox ağır olacaq durum yarana bilər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray, istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş oktyabrın 24-də saat 19:30-da Baku TV-nin efirində və yutub kanalında yayımlanıb.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR