
Gilənar(yaxud albalı) şirəsi içmək qanda qlükoza səviyyəsini aşağı sala bilir.
Avesta xəbər verir ki, bu barədə "Nutrition & Food Science" jurnalında dərc olunan araşdırmada deyilir.
Tədqiqatlara görə, albalının tərkibində stimullaşdırıcı təsir göstərən və insulinin sərbəst buraxılmasına kömək edən bol piqment - antosian var.
Tədqiqatçıların fikrincə, 6 həftə albalı şirəsi içdikdən sonra insan xeyli arıqlayır. Bundan əlavə, bu meyvənin şirəsi əla qan təzyiqi və qan şəkəri səviyyəsini (HbA1c) saxlayır.
Mütəxəssislər albalı şirəsinin daha bir xüsusiyyətini də qeyd edib: ziyanlı xolesterin səviyyəsini aşağı salır.
Həkimlər izah ediblər ki, şəkərli diabet zamanı meyvə-tərəvəz, bəzi un məmulatlarından istifadə etmək tövsiyə olunur.