10-02-2022, 08:51 1092

Bananların inanılmaz faydası:
Sizin bananlardan nəsə hazırlamağı və ya təzə meyvələrini yeməyi xoşlamağınızdan asılı olmayaraq, bu meyvə sağlamıığınıza çox fayda verəcək və sizə gümrahlıq bəxş edəcək, - Eat This, Not That nəşri yazıb.
 
Müəllif müntəzəm olaraq bu dadlı meyvəni istifadə etdikdə həm də onun yan təsirləri haqqında danışıb.
 
Həzm sisteminə müsbət təsirindən tutmuş susuzluğun profilaktikasınadək bu meyvənin çoxsaylı faydalı xüsisiyyətləri var.
 
1. Siz kaliumun yaxşı porsiyasını alırsınız
 
Bananlar kaliumla zəngindir. Bir balaca bananda təxminən 422 qram kalium var ki, bu da gündəlik tövsiyə edilən normanın 9 % - ni təşil edir.
 
Əgər sizə kaliumun daha çox porsiyası lazımdırsa, siz bananları bu mikroelementlə zəngin olan digər məhsullarla birgə istifadə edə bilərsiniz.
Kartofda, batatda (şirin kartof), ispanaqda və mərçiməkdə bananlara nisbətən çox kalium var. Xüsusilə bu, kartofa aiddir, onun tərkibində banalara nisbətən iki dəfə çox kalium var.
 
2. Banan yetişdikcə tərkibindəki nişasta şəkərə çevrilir
 
Banan qabığı saraldıqca və ləkələrlə örtüldükcə, meyvənin özü daha şirin olur. Sarı və qabığı ləkələrlə örtülən bananlar qanda şəkərin miqdarına daha çox təsir edir və daha tez həzm olunur. Əslində banan yetişdikcə onun qlikemik indeksi iki dəfə artır. Yaşıl  bananları yeməklə, qanda şəkərin miqdarının sabitləşməsində ən yaxşı effekti alacaqsınız.
 
Diabetes Everyday təşkilatından həkim Tobi Smitson izah edib ki, diabetdən əziyyət çəkən insanlar üçün "bananlar hər şeydən öncə karbohidratların mənbəyidir, yəni onlarla ehtiyatlı davranmaq gərəkdir. Balaca bir  banan bir porsiya karbohidrat hesab olunur, çünki bu,15 qram karbohidrat deməkdir".
 
3. Sizin mədənizdə durğunluq baş verə bilər
 
Əgər siz tez-tez mədənizdə qida durğunluğu ilə əlaqədar sancılara meyllisinisə, yetişməyən banan vəziyyəti daha da pisləşdirəcək. Yaşıl bananın unikal molekulu  olan pektin polisaxaridlər və dayanıqlı nişasta kifayət qədər gec həzm olunur, buna görə də həzm sistemi prosesi ləng olan insanlar bananları ehtiyatla yeməlidir. Əgər siz yetişməyən banan yeyirsinizsə, özünüzü təhlükədən qorumaq üçün çalışın çox su için.
Bununla belə, tez-tez diareya (ishal) baş verən insanlara bu meyvə fayda gətirə bilər, çünki o, həzm prosesini bir qədər ləngidir. Uşaqlar banandakı selülozanın təsirinə daha həssasdır.
 
4. Siz elektrolitlərin yaxşı porsiyasını alacaqsınız
 
Bananın tərkibində gündəlik normanın təxminən 10 %- dək kalium və maqnezium var, bunlar vacib mikroelementlərdir və orqanizm üçün elektrolit rolunu oynayır.
Bu, təbiətdə çətin rast gəlinən kombinasiyadır.
 
Elektrolitlər suyu və enerjini əzələlərə daşıyır. Bu o deməkdir ki, sizin əzələləriniz yorulmadan idman zalına dönmək və bərpa olunmaq üçün zəruri olan yanacaq alır. Çalışın məşqlərdən sonra bir banan yeyin, çox su için və sizin əzələləriniz mütləq sizə minnətdar olacaq.
 
5. Bananlar orqanizmin susuzluğunun profilaktikası üçün faydalıdir
 
Bananlar tərkibində elektrolitlərin olmasına görə belə xüsusiyyətə malikdir. Əgər bananın tərkibində olan elektrolitlərlə birgə su içsəniz, bu, susuzluğu yatırtmaq üçün daha yaxşı  effekt verəcək. Bu, xüsusilə məşqlərdən əvvəl və sonra vacibdir.
 
"Məşqlər zamanı tərlə birlikdə siz kalium itirirsiniz ki, bu da çox vaxt əzələlərdə qıcolmalara gətirib çıxarır.  Siz bir saatdan çox məşq edəcəksinizsə, kalium və natriumun miqdarını su ilə birgə bərpa edə bilərsiniz", - The Nourising Meal Builder bloqunun müəllifi, həkim Lesi Nqo ( Lacy Ngo) izah edib.
 
6. Bananlar sizin təzyiqinizin sabitləşməsinə kömək edir
 
Zaman keçdikcə, amerikalıların natriumdan istifadə miqdarı artır, kaliumun miqdarı azalır. Nəticədə tipik amerikan pəhrizi qan təzyiqinin göstəricilərində "ideal qasırğa" üçün şərait yaradır.
 
Bananın, habelə digər meyvə və tərəvəzlərin tərkibində olan kalium orqanizmdə natriumun miqdarını balanslaşdırır ki, bu da birbaşa qan təzyiqinə təsir edir.
 
Orqanizmdə natriumla kalium birgə işlədiyindən siz pəhrizinizə tərkibində çoxlu miqdarda natrium olan bananları əlavə etsəniz, bu, sizin qan təzyiqinizə müsbət təsir göstərəcək.
 
7. Selüloza uzun müddətə toxluq hissi yaradacaq
 
Xüsusilə yaşıl bananlarda iki tip selüloza var: pektin və sabit nişasta. Orta ölcülü bananın tərkibində 3 qram selüloza var. Bu liflər həzm prosesini ləngidir və uzun müddətə toxluq hissi yaradır. 
 
Amma yadda saxlayın: sarı və ləkəli bananlarda bu selülozanın miqdarı azdır və onlar daha tez həzm edilir.
Paylaş

Xəbər lenti

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir Bu gün, 21:49 Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb Bu gün, 21:49 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb Bu gün, 21:48 İdmanı dayandıranda əzələlər piyə çevrilir? - Professor açıqladı Bu gün, 21:48 Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib Bu gün, 21:48 Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb Bu gün, 21:48 Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb Bu gün, 21:48 Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar? Bu gün, 20:49 Alyona Əliyeva I Beynəlxalq İnklüziv Məşğulluq Konfransından paylaşım edib Bu gün, 20:48 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi Bu gün, 20:48 Azərbaycan bu ölkələrə milyonlarla yumurta satır - SİYAHI Bu gün, 20:48 SEPAH: Hörmüz boğazında qayda pozan neft tankerində yanğın baş verib Bu gün, 20:48 Nazirlər Kabinetindən "Azərişıq" və "Azərenerji" ödənişləri ilə bağlı YENİ QƏRAR Bu gün, 19:48 Deputat: "AQEM-ə sədrliyin uzadılması Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir" Bu gün, 19:48 İpoteka ilə alınan ev sahibinin vəfatından sonra kredit borcu kimə qalır? Bu gün, 19:48 "ASAN xidmət" təcrübəsinin İraqda tətbiqi müzakirə edilib Bu gün, 19:48 Bu şəxslərə maaşdan əlavə PUL VERİLƏCƏK - Yeni ilə qədər... Bu gün, 18:48 Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib Bu gün, 18:48 Fyodor Şukin Dağıstanın rəhbəri seçilib Bu gün, 18:48 Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb Bu gün, 18:48 Kənd yumurtası BAHALAŞIB - Qiymət artımının səbəbləri açıqlandı Bu gün, 18:48 Cəbrayılda GES tikintisinə icazə alınması müddəti uzadılıb Bu gün, 18:48 İstanbulda seldə ölənlərin sayı 3-ə çatdı Bu gün, 17:48 Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb Bu gün, 17:48 Bacısına mesaj yazan qaynını bıçaqladı - Abşerondakı cinayətin təfərrüatı Bu gün, 17:48 52 yaşında üçüncü dəfə ana olacaq Bu gün, 17:48 Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törədib, həbs edilib Bu gün, 17:48 Azərbaycanda ölən gənc əsgər evin tək oğlu imiş - Təfərrüat Bu gün, 17:48 Din xadiminə sui-qəsd hazırlamaqda təqsirləndirilənlərə hökm oxunub Bu gün, 17:48 Bu geyiminə görə 62 yaşlı Bred Pitti tənqid etdilər Bu gün, 17:48 Bakıda 8 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək Bu gün, 17:48 Lalə Məmmədova bu akademiyada tərcüməçi işləyir Bu gün, 16:48 Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər Bu gün, 16:48 İrandan Azərbaycana 16 kq narkotikin keçirilməsinin qarşısı alınıb Bu gün, 16:48 Toyuq kəsimi sexinin fəaliyyəti dayandırılıb - Buna görə Bu gün, 16:48 Rüşvət alarkən yaxalanan bələdiyyə sədrinə ağır cəza Bu gün, 16:48 Ermənistana qarşı sanksiyaların vacibliyi: "Haber Global" Azərbaycan liderindən sitat gətirdi Bu gün, 16:48 Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib Bu gün, 16:48 Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb Bu gün, 16:48 Qusarda vəhşi heyvanlar 3 nəfərə xəsarət yetirib Bu gün, 16:48 Azərbaycanda gənc əsgər vəfat etdi Bu gün, 16:48 Bakı Bəyannaməsi qəbul edilib Bu gün, 16:48 Sultan Hacıyev AQEM-in yeni baş katibi olacaq Bu gün, 16:48 Cütlüklərin subaylardan daha xoşbəxt olmasının SƏBƏBİ TAPILDI Bu gün, 16:48 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır" Bu gün, 15:48 Bilgəhdə dəhşətli qəza: iki nəfər öldü, sürücünün sərxoş olduğu bildirilir Bu gün, 15:48 Təlim toplanışında hərbi vəzifəlilərə nə öyrədildi? Bu gün, 15:48 Safura Əlizadənin İstanbuldakı evini su basdı Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR