25-10-2023, 13:44 1207

Heydər Əliyev haqqında kitab ədəbiyyat ictimaiyyətinə təqdim olunub

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən hazırlanan, Ulu Öndərin həyat və fəaliyyətini, dahi şəxsiyyətin mənalı ömrünün təhlükəsizlik orqanlarında keçən hissəsini özündə əks etdirən “Ulu Öndər silahdaşlarının xatirələrində” adlı kitab ədəbiyyat ictimaiyyətinə təqdim olunub.

“AVESTA.AZ” xəbər verir ki, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, AYB-nin katibi, Xalq yazıçısı Çingiz Abdullayev, DTX-nin Mətbuat xidmətinin rəhbəri Tamerlan Rəhimov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Kitabda vaxtilə təhlükəsizlik orqanlarında uzun müddət Heydər Əliyevlə birlikdə çalışmış, onunla mütəmadi birbaşa təmasda olmuş veteran əməkdaşların xatirələri yer alıb.

Kitabın yazılmasında əsas məqsəd Ulu Öndərin xüsusi xidmət orqanlarında çalışarkən xalqının rifahı və Azərbaycanın təhlükəsizliyi yolunda gördüyü işlərlə bağlı yeni məqamları ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Nəşr "Heydər Əliyev - Azərbaycan təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı" adlı giriş hissəsi ilə başlayır.

Kitabın ən önəmli, unikal cəhəti burada indiyə qədər heç bir yerdə dərc olunmayan, vaxtilə təhlükəsizlik orqanlarında Heydər Əliyevin rəhbərliyi altında çalışmış veteran əməkdaşların üzərində Ulu Öndərin imzası olan və onların şəxsi işlərində saxlanılan məxfi qrifli arxiv sənədlərinin, dahi rəhbərin bu təsisatda xidmət etdiyi vaxtlara aid fotoşəkillərin, o cümlədən Ümummilli Liderin Rusiya təhlükəsizlik orqanlarının arxivində saxlanılan şəxsi işindən olan sənədli materialların, həmçinin Özbəkistan və Qazaxıstan təhlükəsizlik orqanları veteranlarının xatirələrinin yer almasıdır.

Kitabda 42 veteran əməkdaşın Heydər Əliyevlə bağlı bölüşdükləri xatirələri, müxtəlif zamanlarda dövri mətbuatda dərc edilmiş məqalə və müsahibələri əks olunub. Kitabda Heydər Əliyevin silahdaşları qürur hissi ilə paylaşdıqları xatirələrində Ulu Öndərlə ilk tanışlıqlarından, aralarında mövcud olan rəhbər-işçi münasibətlərindən, onun əməkdaşlara diqqət və qayğısından, iş prinsipindən, geniş əməliyyat təfəkküründən, hadisələri qabaqcadan görə bilmək qabiliyyətindən, analitik və təhlil bacarığından ətraflı söhbət açırlar.

Onlar qeyd edirlər ki, məhz belə keyfiyyətləri sayəsində Heydər Əliyev mürəkkəb əməliyyat kombinasiyalarını uğurla həyata keçirir, qarşısında duran çətin tapşırıqların öhdəsindən layiqincə gələ bilirdi. Heydər Əliyevin təhlükəsizlik orqanlarında sıravi əməkdaşdan qurumun rəhbərinə, leytenant rütbəsindən general-mayor rütbəsinə kimi yüksəlməsi də sadalanan cəhətlərin müqabilində mümkün olmuşdu.

Qeyd olunur ki, Azərbaycan təhlükəsizlik orqanları məhz Ulu Öndərin miras qoyduğu vətənpərvərlik irsi və peşəkarlıq məktəbi əsasında fəaliyyət göstərir, bu orqanlarda xidmət vaxtilə Heydər Əliyevin müəyyən etdiyi meyarlar üzərində inkişaf etdirilir.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev kitaba yazdığı "Ön söz"də xüsusi vurğulayır: "Heydər Əliyevin şərəfli ömrünün 25 ilini həsr etdiyi Azərbaycan təhlükəsizlik orqanlarındakı fəaliyyəti, gələcək nəslə miras qoyduğu peşəkarlıq məktəbi xüsusi xidmət orqanlarının əməkdaşları üçün etalon olaraq qəbul edilir. Ulu Öndərin millətə və dövlətə sədaqət amalları isə daima gənc zabitlərə aşılanır".

Tədbirdə çıxış edən DTX-nin Mətbuat xidmətinin rəhbəri Tamerlan Rəhimov deyib ki, kitabın əsas özəl cəhəti bu günə kimi heç yerdə əks olunmayan şəkillərin çap edilməsi, Heydər Əliyevlə birlikdə çalışmış təhlükəsizlik orqanları əməkdaşlarının xatirələrinin yer almasıdır:

"Kitabda, həmçinin Ulu Öndərin şəxsən imzaladığı sənədlər yer alıb. Həmin sənədlər DTX-nin arxivində saxlanılır. Heydər Əliyev ilk azərbaycanlı general kimi təhlükəsizlik orqanlarının tarixinə düşüb, gələcək nəsil üçün peşəkarlıq nümunəsi miras qoyub. Bu gün də biz bu nümunəyə uyğun fəaliyyətimizi davam etdiririk".

Paylaş

Xəbər lenti

Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR