25-10-2023, 19:04 1131

Azərbaycan və Pakistanın Rusiyadakı səfirləri görüşüb

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Pakistan İslam Respublikasının Rusiya Federasiyasına yeni təyin olunmuş səfiri Muhammad Xalid Camalini onun xahişi ilə qəbul edib.

Bu barədə "AVESTA.AZ"un Rusiya bürosuna səfirlikdən bildirilib.

Görüşdə Polad Bülbüloğlu həmkarını təyinatı münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Söhbət zamanı Azərbaycanın Rusiya Federasiyasında akkreditə olunmuş diplomatik korpusun duayeni qismində fəaliyyəti, Rusiya XİN-i ilə birgə təşkil edilən çoxsaylı görüş və mədəni tədbirlər barədə qarşı tərəfi məlumatlandırıb.

Azərbaycanla Pakistan münasibətlərinə toxunan ölkəmizin səfiri iki dövlət arasında strateji əməkdaşlığın, o cümlədən mövcud siyasi dialoqun yüksək səviyyəsini qeyd edərək, bu münasibətlərin ölkələrimizin Rusiyadakı diplomatik nümayəndəliklərinin qarşılıqlı fəaliyyətinə fayda verəcəyinə əminliyini bildirib.

Pakistanın səfiri qəbula görə təşəkkürünü bildirərək, Azərbaycanın və Pakistanın Rusiyadakı səfirlikləri arasında qarşılıqlı faydalı əməkdaşlığın davam etməsi və genişlənməsi işinə öz töhfəsini verəcəyini bildirib. Öz növbəsində səfir Polad Bülbüloğlu ölkəmizin ərazilərində qeyri-qanuni erməni silahlı qüvvələrinin yaratdığı təhdidləri qeyd edib, erməni silahlı qüvvələrinə və ərazimizdəki qondarma rejimə qarşı həyata keçirdiyi lokal xarakterli anti-terror əməliyyatı barədə məlumat verib.

Azərbaycanın səfiri Pakistanın Azərbaycanın beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyinə verdiyi dəstəyə, xüsusilə 44 günlük Vətən müharibəsi dövründə dost və qardaş Pakistanın nümayiş etdirdiyi birmənalı dəstəyə görə qarşı tərəfə təşəkkürünü ifadə edib.

Bununla yanaşı səfir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma və bərpa işləri barədə
həmkarına ətraflı məlumat verib.

Səfir Muhammad Xalid Camali Azərbaycan ərazilərinin işğaldan azad olunması və əldə olunan Qələbə münasibətilə bir daha təbrik edərək, Pakistan xalqı və hökumətinin daim Azərbaycana dəstək olduğunu qeydedib, bu günə kimi Pakistanın Ermənistanla diplomatik münasibətlər qurmadığını diqqətə çatdırıb. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Pakistanın səfiri maraqlı və faydalı görüşə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib. Görüşün sonunda səfir Muhammad Xalid Camaliyə Azərbaycanın Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə çap edilmiş “Qarabağ işğaldan əvvəl və sonra” kitabı hədiyyə edilib.

Paylaş

Xəbər lenti

Türkiyədə əməliyyat: 73 nəfər həbs edildi Bu gün, 13:48 "Sabah" - "Slaviya" oyununu avstriyalı baş hakim idarə edəcək Bu gün, 13:48 İrəvanda atışma: İki nəfər yaralanıb Bu gün, 13:48 29 yaşlı şəxsin meyiti həyətindəki yarımtikilidə tapıldı Bu gün, 13:48 Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur? Bu gün, 12:48 Fərid Qayıbov: Sevindirici haldır ki, bizim də ultramarafonçularımız var Bu gün, 12:48 Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub Bu gün, 12:48 Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub Bu gün, 12:48 Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb Bu gün, 12:48 Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ Bu gün, 12:48 "Yandex"in data mərkəzinə növbəti PUA hücumu - Xidmətlər dayandı Bu gün, 11:48 25 yaşlı azərbaycanlı Polşada vəfat etdi Bu gün, 11:48 Xəyalə "Aşk-ı Memnu"dakı malikanədə ağladı Bu gün, 11:48 Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb, cərəyan sürücünü vuraraq öldürüb Bu gün, 11:48 ABŞ Rusiyaya atəşkəs üçün 3 iqtisadi təklif irəli sürüb - DETALLAR Bu gün, 10:48 Gəncədə səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu Bu gün, 10:48 Dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib Bu gün, 10:48 Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib Bu gün, 10:48 Azərbaycanda gənc futbolçu VƏFAT ETDİ Bu gün, 09:48 Ər-Riyad hava limanına hücum: 12 ölü, 309 yaralı Bu gün, 09:48 Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb Bu gün, 09:48 Misli Premyer Liqasında bu gün VII tura yekun vurulacaq Bu gün, 09:48 Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir Bu gün, 09:48 Zooparkda pələng kişini diri-diri yedi Bu gün, 00:48 Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür Bu gün, 00:48 Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik Dünən, 23:48 Ramzan Kadırovun Azərbaycana səfəri ilə bağlı videoicmal Dünən, 23:48 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi Dünən, 23:48 Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb Dünən, 23:48 Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib Dünən, 23:48 Tramp ukraynalıları yeni prezident seçməyə çağırıb Dünən, 23:48 Gəncədə atasını yuxudan oyadan oğul həbs olundu Dünən, 23:48 "Isaias" qasırğası ABŞ-nin cənub-şərqində tələfatlara səbəb olub Dünən, 22:48 İsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərini zərərsizləşdirdi Dünən, 22:48 WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib Dünən, 22:48 SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb Dünən, 22:48 Azərbaycan Basketbol Liqası: "Neftçi" "Ordu"nu məğlub edib Dünən, 21:48 "Artıq "ana" yox, "hamilə valideyn" deməliyik!" – Tramp Dünən, 21:48 FT: ABŞ Rusiyanın neft zavodlarına zərbələrə görə Ukraynanı məlumat ötürməməklə hədələyib Dünən, 21:48 Uşanqi Kokauri: "Finalda daha çox taktiki səhvlərə yol verdim" Dünən, 20:48 Rəşad Aslanov: Türk dünyasının gələcəyi gənclərin əməkdaşlığından asılıdır Dünən, 20:48 Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək Dünən, 20:48 Goranboyda qəza olub, xəsarət alanlar var Dünən, 20:48 Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb Dünən, 19:48 Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA Dünən, 19:48 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı Dünən, 19:48 Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb Dünən, 19:48 8 Noyabr prospektində güclü yanğın başlayıb Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR