25-10-2023, 21:29 618

Qərbi Azərbaycan Xronikası:“Ermənilərin Ağində saxtalaşdırma əməliyyatı”

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə köklü sakinləri tamamilə azərbaycanlılar olan, adı erməni saxtakarlığına məruz qalan Ağin rayonu haqqında süjet hazırlanıb.

"AVESTA.AZ" xəbər verir ki, “Ərazisi və əhalisi erməniləşdirilən Ağin rayonu” adlı süjetdə əsrlər boyu azərbaycanlılar və onların yaşadığı tarixi torpaqlar ermənilər tərəfindən soyqırıma məruz qalması, yer-yurd adlarının yadlaşdırılması, havadarlarının hesabına coğrafi ərazilərimizi mənimsəməklə məşğul olmasından, eləcə də monoetnik erməni dövlətində azərbaycanlıların qədimdən yaşadığı yüzlərlə yaşayış məntəqəsinin adının dəyişdirilməsindən bəhs olunur.

Bildirilir ki, Ağin rayonu Qərbi Azərbaycanın tarixi Şörəyel mahalı ərazisində yerləşib. Tarixi mənbələrdə bu bölgənin 14-16-cı əsrlərdə monqol, sonra isə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibinə daxil olduğu göstərilir. Türkiyə ilə həmsərhəd olan Ağin bölgəsi İrəvan quberniyasının, Aleksandropol qəzasının, sonra isə İrəvan xanlığının tərkibində olub. Bu ərazinin mərkəzi hissəsi Gümrü şəhərindən 28 kilometr cənub-qərbdə, Arpaçayın kənarında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Ağit kimi, Qafqazın 5 verstlik xəritəsində Ağin formasında qeyd edilib. Bu yaşayış məntəqəsinin köklü sakinləri bütün zamanlarda tamamilə azərbaycan türklərindən ibarət olub. Qədim türk məbədi olan Yerəruyk bazilikası da bu rayon ərazisində yerləşib.

Qeyd olunur ki, XIX əs­rin əvvəllərində azərbaycanlılar öz tarixi torpaqla­rından qovulub, onların yerinə 1829-1830-cu illərdə Türkiyə­nin Muş, Alaşkert, Ərzurum vilayətlərindən, 1877-1878-ci illərdə isə Qarsdan ermənilər məqsədli şəkildə köçürü­lərək yerləşdiriliblər.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1961-ci il 12 oktyabr tarixli qərarı ilə Ağin adı dəyişdirilərək "Ani" qoyulub. 1995-ci il noyabrın 7-dən Ağin rayonu Şirak vilayətinin inzibati ərazi­sinə daxil edilib və rayon üzrə 20-yə yaxın tarixi yer adları dəyişdirilib.

Sonda diqqətə çatdırılır ki, XX əsrin əvvəllərində və sonlarında ordan-burdan gəlmə ermənilər əzəli oğuz yurdlarından azərbaycanlıları didərgin salıblar: “Bu gün tarixi 19 mahalımızın 34 rayonunda, o cümlədən Ağin rayonunda bir nəfər də olsun oğuz türkü qalmayıb. Lakin biz bu həqiqəti, eləcə də tarixi torpaqlarımızı unutmuruq. Bu reallıq gələcək fəaliyyətimiz üçün əsas istiqamətdir və bu istiqamətdə daha fəal olub tarixi torpaqlara qayıtmaq, ləyaqətlə yaşamaq əsas hədəfimizdir. Çünki ləyaqətlə yaşamaq keçmişdən gələcəyə körpü salan tarixi, mədəni irsi qorumaqdan, onu yaşatmaqdan və araşdırmaqdan keçir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında oktyabrın 25-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

Paylaş

Xəbər lenti

Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Dünən, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Dünən, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Dünən, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR