
Lənkəranda yandırılmış vəziyyətdə tapılan meyitin kimliyi məlum olub
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "AVESTA.AZ"un Cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində meyiti aşkar olunmuş şəxsin Lənkəran şəhər sakini, 1970-ci il təvəllüdlü Cahangirov Əli Eldar oğlu olduğu müəyyən edilib.
Hazırda faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirlir.
Lənkəran rayonunda meyit tapılıb.
"AVESTA.AZ"un cənub bürosunun verdiyi məlumata görə, Lənkəran rayonunun "Kiçik bazar" deyilən ərazisində yandırılmış vəziyyətdə olan meyit aşkarlanıb.
Hazırda rayonun hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir.
Meyitin kimə məxsus olması və hadisənin hansı zəmində baş verdiyi araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.