26-10-2023, 19:04 540

Sultan Əhməd Əl-Cabir Azərbaycanı BƏƏ-də keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransına dəvət edib

Azərbaycan hökumətinin ölkənin külək və günəş potensialından istifadə etmək, eyni zamanda, sistemin baza gücünü təbii qazla təmin etmək baxışı enerjini daha təhlükəsiz, daha əlçatan və dayanıqlı edəcək.

"AVESTA.AZ" xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir bu gün Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində deyib.

"Həm “Masdar” şirkəti, həm də BƏƏ bu səyahətdə Sizin tərəfdaşınız olmaq arzusundadır. Bir çox digər ölkələrdə də belə layihələri həyata keçirmək əzmindəyik. Biz Azərbaycanla və dünyanın bir çox ölkələri ilə iddialı məqsədlərə nail olmaq üçün 2030-cu ilə qədər ən azı 100 giqavat təmiz enerjini istehsal etmək məqsədilə bütün qitələrdə sizinlə və digər həmfikir tərəfdaşlarla, təşkilatlarla, ölkələrlə işləməyə davam etməyin intizarındayıq.

Mən “Masdar”ın heç bir layihəsini görməmişəm ki, dörd nazir və Birləşmiş Ərəb Əmirliklərinin ən yüksək səviyyəli nümayəndə heyətinin üzvləri eyni vaxtda iştirak etsin. Bu, həqiqətən də böyük bir ehtiramın, hörmətin və Sizin ölkənizlə əməkdaşlığımızın nümunəsidir", - nazir bildirib.

Sultan Əhməd Əl-Cabir gələn həftə ərzində Azərbaycanın nümayəndə heyətini BƏƏ-də COP-28 konfransından öncə nazirlər görüşündə, həmçinin BMT-nin 28-ci İqlim Dəyişikliyi Konfransında görmək intizarında olduğunu deyib: "Biz istəyirik ki, burada sərgilənən o ruh, həqiqətən də liderlik ruhu, bu layihədə olan o ruh, pozitivlik, tərəfdaşlıq, işbirliyi, həmrəylik ruhu, həmçinin COP-28 Konfransında sərgilənsin və qütbləşməyə, parçalanmağa artıq yetər deyək. Üzləşdiyimiz iqlim dəyişiklikləri çağırışlarının öhdəsindən gəlmək üçün dünyanı bir yol xəritəsi üzərində birləşdirmək vaxtıdır".

Qeyd olunub ki, Paris Konfransı dünyanı ortaq bir hədəf ətrafında birləşdirdi. Nazir vurğulayıb ki, bu, ümumi məqsəd uğrunda millətləri və ölkələri birləşdirmək istiqamətində uğurlu bir addım idi: "Lakin o vaxtdan bəri qlobal miqyasda aparılan təhlilləri nəzərdən keçirsək, görərik ki, biz tam məqsədə gedən yolda hələ də inamla irəliləmirik. Bərpaolunan enerjiyə yatırılan investisiyalar artmaqda davam edir. Bu il dünyada əlavə rekord 500 giqavat istehsal edildi. Lakin, bilirsiniz, dünya 2030-cu ilə qədər bərpaolunan enerji gücünü üç dəfə artırmalıdır ki, 1,5 səviyyəsi əlçatan olsun.

İlk dəfədir ki, biz praktiki addımları COP-28 səviyyəsində cəmiyyətdə ifadə edirik, yəni, emissiya yeddi il ərzində 22 giqaton azaldılmalıdır. Mən əminəm ki, bu, çox böyük bir vəzifə, işdir. Bu, bütün millətlər, bütün ölkələr üçün bir vəzifədir. Heç bir ölkə, xalq, qurum bu işin öhdəsindən təkbaşına gələ bilməyəcək. Bizə hər bir ölkənin Azərbaycan kimi təmiz enerji sahəsində müəyyən edilmiş məqsədlərlə energetikaya keçid üçün aydın planlar hazırlaması lazımdır. Rekord müddətdə bir sıra tutarlı layihələrin hazırlanmasını və həyata keçirilməsini təmin etmək üçün iqlim maliyyələşdirməsində yenilikçi yanaşmalara ehtiyacımız var. Azərbaycandakı layihələrdə, bu layihədəki tərəfdaşlıqda da yanaşmalar məhz bu istiqamətdədir".

Paylaş

Xəbər lenti

Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR