27-10-2023, 17:51 577

Təqsirləndirilən şəxs məhkəmədə zərərçəkmişdən üzr istəyib

Bakıda “Nicat Lənkəranski” ləqəbi ilə tanınan Nicat Əkbərovu öldürməyə cəhddə təqsirləndirilən Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"AVESTA.AZ" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədriyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Şahmar İsmayılov ifadə verib.

O bildirib ki, zərərçəkmiş Nicat Əkbərovu öldürmək istəməyib: "Öldürmək istəsəydim, şansım var idi. Məni tanımırlar. Mən onun adını çəkmişəm. Üzümə baxanda atəş açmışam. Qohumum Elnur Qasımovun ölümündə Nicat Əkbərovun əli var. Onu qorxutmaq istəmişəm ki, qohumlarımdan, yaxınlarımdan əl çəksin. Elnur Qasımovu Nicat Əkbərov öldürməyib. Onun yerini bildirib, buna görə də əli olub. İstəmişəm ki, yaxınlarımdan əl çəksin". Təqsirləndirlilən şəxs deyib ki, hadisədən əvvəl Naxçıvanda olub və Bakıya gələndə onu Vüqar Quliyev qarşılayıb: "Hadisə yerinə Vüqarla gəlmişəm. Ona demişdim ki, pul almağa gəlmişəm. Silahdan atəş açanadək Vüqarın heç nədən xəbəri olmayıb. Vüqarı özümdən kənarlaşdırmaq istədim. Üstümdə silah olmasından da xəbəri olmayıb. Nicat çıxanda atəş açdım, o da qaçdı. Silah avtomobildə qaldı".

Digər təqsirləndirilən Şahmar İsmayılov hadisədən sonra Türkiyəyə getmək üçün bilet aldıqlarını və hava limanında həbs edildiklərini söyləyib: "Nicat Əkbərovla şəxsi tanışlığım olmayıb və onu ancaq sosial şəbəkələrdən tanımışam".

Digər təqsirləndirilən Vüqar Quliyev deyib ki, Şahmar İsmayılovla dost olublar: "Ramal Məmmədov və zərərçəkmiş Nicat Əkbərovu tanımıram. Şahmar İsmayılovu Bakıya gələndə qarşılamışam. Hadisə günü Şahmar pul almağa gedəcəyini dedi və onunla birlikdə getdik. Hadisədən atəş açanda xəbər tutdum".

Təqsirləndirilən Ramal Məmmədov Şahmar İsmayılov və Vüqar Quliyevi tanımadığını vurğulayıb: "Emin Naxçıvanski kimi tanınan Emin Qasımovun dostu olmuşam. Mən Şahmar İsmayılova silah verməmişəm. Ona görə də ibtidai istintaq zamanı verdiyim ifadəni təsdiqləmirəm".

Zərərçəkmiş Fəqan Rəhimli bildirib ki, hadisə yerində olarkən ayağından və bel nahiyələrindən güllə yarası alıb: "Səhhətimdə ciddi problemlər yaranıb. Mən güllənin atılmasını görməmişəm. Çünki arxadan atəş açılıb. Şikayətçiyəm".

Şahmar İsmayılov zərərçəkmiş Fəqan Rəhimlidən baş verən hadisəyə görə üzr istəyib.

Zərərçəkmiş Tamerlan Hüseynov bildirib ki, hadisə zamanı ayağından yaralanıb və xəstəxanada müalicə alıb. O, təqsirləndirilən şəxslərə qarşı, ümumilikdə, 10 min manat mülki iddia qaldırdığını deyib: "Müalicə zamanı xərcim çıxıb. Səhhətimlə bağlı bir neçə ay işləyə bilməmişəm. Həmçinin avtomobilimə ziyan dəyib. Ona görə də ziyanın ödənilməsini istəyirəm".

Zərərçəkmiş, kriminal ailəmdə "Nicat Lənkəranski" ləqəbi ilə tanınan Nicat Əkbərov bildirib ki, təqsirləndirilən şəxsləri tanımır: "Hadisə günü idman zalından çıxmışam. Hadisəni xatırlamıram. Təqsirləndirlilən şəxslərdən şikayətçi deyiləm. Mənə atəş açan şəxsi görmüşəm. Orada bir nəfər idi". Zərərçəkmiş bildirib ki, Emin Qasımov və onun qardaşı Elnuru 29 ilə yaxındır tanıyır: "Son üç ildə münasibətlərimiz olmayıb. Onlarla əlaqəmiz yoxdur".

Şahid Seymur Həsənov qeyd edib ki, Nicat Əkbərovu tanıyır, onunla uşaqlıq dostu olublar: "Bir neçə atəş səsi gəldi. Atəş açan şəxsi görməmişəm". Daha sonra onun istintaqa verdiyi ifadəsi elan edilib. S.Həsənov ifadəsində göstərib ki, Nicat Əkbərov kriminal aləmdə tanınan şəxs olub, onu "Brilyant Nicat" kimi tanıyıb: "Emin Qasımov da kriminal aləmin nümayəndələrindən olub. Emin Qasımovun qardaşı Elnur İstanbulda öldürülüb, Emin də qardaşının ölümündə Nicat Əkbərovu günahkar bilib. Nicatın Elnurun qətlindən heç bir xəbəri olmayıb. Çünki aralarında ziddiyyətlər var idi".

Məhkəmənin növbəti iclası dekabrın 6-na təyin edilib.

Qeyd edək ki, istintaqla Şahmar İsmayılov, Vüqar Quliyev, Ramal Məmmədov və digərlərinin bir qrup şəxs halında sifarişlə Nicat Əkbərovu öldürmək məqsədilə qeyd olunan ünvanda qanunsuz əldə olunmuş odlu silahdan atəş açması, sonuncunun atəşdən yayınması nəticəsində təsadüfən hadisə yerində olan Tamerlan Hüseynov və Fəqan Rəhimlinin müxtəlif xəsarətlər almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədova Cinayət Məcəlləsinin 29,120.2.1, 29, 120.2.5 (bir qrup şəxs tərəfindən sifarişlə qəsdən adam öldürməyə cəhd), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama) və digər maddələrilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə üç nəfər - Tamerlan Hüseynov, Fəqan Rəhimli və Nicat Əkbərov zərərçəkmiş qismində tanınıb.

Zərərçəkmiş, kriminal aləmdə "Nicat Lənkıranski" kimi tanınan Nicat Əkbərov 1983-cü ildə Lənkəranda doğulub. Əvvəllər məhkum edilib.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR