
Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatına qələbə ilə başlayıb.
"AVESTA.AZ"un məlumatına görə, Elşad Quliyevin yetirmələri mundialdakı debüt matçında İraq yığmasına qalib gəliblər.
Mirmehdi Rzayevin 16-cı, Elvin Əlizadənin isə 28-ci dəqiqədə vurduğu qol sayəsində Azərbaycan yığması 2:0 hesablı qələbə qazanıb.
Qrupun digər qarşılaşmasında Misir Küveyti eyni hesabla üstələyib.
G qrupunda yer alan Azərbaycan millisi növbəti matçını oktyabrın 29-da Misirə qarşı keçirəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.