28-10-2023, 16:51 1306

Azərbaycanın Cənubi Qafqaz hədəfi: sülh və əməkdaşlığa nail olmaq - ŞƏRH

Azərbaycan 30 illik işğala, separatizmə son qoymaqla postsovet məkanında, Cənubi Qafqazda yeni bir reallıq yaratdı. Ərazi bütövlüyünü, suverenliyini bərpa etdi və bu tarixi hadisə ilə tək bölgədə deyil, beynəlxalq aləmdə bir ilkə imza atdı. Ermənistan da sülh sazişinə imza atacağı təqdirdə Cənubi Qafqazda yeni bir siyasi durum yaranmış olacaq. Düzdür, Ermənistan hələ ki sülh sazişini imzalamaqdan uzaqdır, silahlanmaq və bölgəni Ukrayna və Suriyaya çevirmək niyyətində olan qüvvələrin əlində oyuncaq rolunu oynayır. Azərbaycanın sülh təşəbbüslərini cavablandırmaq əvəzinə, Fransanın diktəsi ilə oturub, durur. Ara-sıra populist bəyanatlar səsləndirərək sülh sazişinin imzalanmasından bəhs edir. Ermənistanın baş naziri Nikol Paşinyanın Tbilisidə "sülh qovşağı" təşəbbüsü də bu qəbildəndir. Lakin Paşinyan və onun havadarları “unudur” ki, məhz Azərbaycan dəfələrlə regionda əbədi sülhün yaranmasının zəruriliyini vurğulayıb. Məhz ilk dəfə Azərbaycan Prezidenti İlham Əliyev “Qafqaz Evi” təşəbbüsü ilə çıxış edib, bölgənin inkişafının sülh və əmin-amanlıqdan keçdiyini irəli sürüb. Prezident İlham Əliyevin hər çıxışından ilhamlanan Nikol Paşinyan əvvəl səslənən fikirləri təkrarlamağa çalışır. Prezidentin Gürcüstana səfərindən dərhal sonra Tbilisiyə beynəlxalq tədbirə qatılıb regional layihələrdən, populist ideyalardan dəm vurur. Halbuki Azərbaycan üç ildir sülh təşəbbüsü ilə çıxış edir, İrəvan isə bunu görməzlikdən gəlir, daha çox Qərbdən gələn əmr və çağırışları eşidir.

Götürək, Fransa və Hindistanla imzaladığı silah alınması ilə bağlı sazişləri. Tbilisidə sülh təşəbbüsü ilə çıxış edən zaman ona təəssüf ki, bu barədə sual verən olmadı. Silah almağın nədir, sülh təşəbbüsün nədir? Bu silahları kimə qarşı yönəltmək istəyirsən? Təbii ki, Azərbaycana. Hələ də ümid edir ki, işğaldan azad olunan torpaqları geri qaytaracaq. Ermənistan baş nazirinin diqqətinə Prezident İlham Əliyevin Tbilisidə səsləndirdiyi daha bir dahiyanə fikri çatdırmaq istərdik. "Üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir, keçən ay bütün ölkə üzrə suverenliyini bərpa etmişdir. İndi isə Ermənistan ilə Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzrə fəal çalışmalıyıq. Əgər biz buna nail olsaq, - mən buna ümidliyəm, - bu zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq", - Azərbaycan Prezidenti qeyd edib. Cənubi Qafqaz ölkələrinin əməkdaşlığa üçtərəfli formatda başlaya biləcəklərini qeyd edən dövlət başçısı bir çox sahələr, o cümlədən nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu üzrə əməkdaşlığın çox uğurlu ola biləcəyini vurğulayıb. “İndi məqam gəlib çatıb və hesab edirəm ki, bu şansı əldən vermək böyük səhv olar. O, Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinin başlanması ilə bağlı fikir mübadiləsi aparıldığını və Azərbaycanın buna hazır olduğunu bəyan edib. Cənab Prezident sülh olacağı təqdirdə faktiki olaraq Qafqaz evi ideyasının reallaşmasının mümkünlüyünə işarə edib.

Ölkə Prezidenti Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşacağı təqdirdə regionda tamamilə yeni vəziyyət yaranacaq, region ölkələrinin əməkdaşlığa üçtərəfli formatda başlaya biləcəklərini vurğulamaqla yanaşı, həm də bu normallaşma prosesində Gürcüstanın vasitəçiliyi məsələsini qeyd edib. Azərbaycan regionun problemlərinin region çərçivəsində həllinə tərəfdar olaraq ölkələri arasında yeni əməkdaşlıq formatının yaradılmasını və bu formatın ümumilikdə bölgənin inkişafına xidmət edəcəyini bəyan edib. Bu gün artıq hər kəs, o cümlədən Gürcüstan da etiraf edir ki, Azərbaycan regionun aparıcı ölkəsidir, ölkələrimizi strateji müttəfiqlik, dost və tərəfdaşlıq birləşdirir. Prezidentin bəyan etdiyi çərçivədə əməkdaşlıq Cənubi Qafqazda yeni mühit yarada, iqtisadi layihələrə yol aça bilər. Məhz bu da ölkələrin inteqrasiya olunmuş modelinin yaranmasını şərtləndirərdi və Ermənistan da istəyərsə, bu modelin tərkib hissəsi ola bilər.

Beləliklə, ümid etmək olar ki, Ermənistan onu çirkin və riyakar oyunlara qoşmağa çalışan beynəlxalq güclərin, xüsusən də Fransa kimi dövlətlərin əlində alət olmaqdan yan olacaq. Anlamalıdır ki, xalqını düşdüyü səfalət və zillətdən çıxarmağın yolu sülh, əmin-amanlıqdan keçir. Başqa yol yoxdur. Sözdə deyil, əməldə “sülh göyərçini” olmaq gərəkdir.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR