
İran ABŞ-ın İsrail-Fələstin münaqişəsinə müdaxilə ilə bağlı xəbərdarlıqlarına əməl etməyəcək.
“AVESTA.AZ”un məlumatına görə, bunu İran prezidenti İbrahim Rəisi “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.
“Vaşinqton bizdən təmkinli olmağı və Fələstin-İsrail münaqişəsinə qarışmamağı xahiş edir, eyni zamanda İsrailə geniş dəstək verir”, - İran prezidenti qeyd edib.
O vurğulayıb ki, belə bir vəziyyətdə İran tərəfi bu tələbi etibarsız hesab edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.