
Sumqayıt şəhərində 15 yaşlı yeniyetmə oğlan itkin düşüb.
“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin Xəzər bağları yaşayış massivində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 2008-ci il təvəllüdlü Bayramov Zamiq Zahid oğlu 27 oktyabr tarixində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı polisə məlumat verilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.