
Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqaladakı hava limanında iğtişaşlar nəticəsində 20-dən artıq insan xəsarət alıb.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə Dağıstan Səhiyyə Nazirliyi məlumat yayıb.
Onlardan 10 nəfəri rayon xəstəxanalarındadır, ikisinin vəziyyəti ağırdır.
Qeyd edək ki, oktyabrın 29-da axşam saatlarında nümayişçilər Mahaçqala hava limanına soxulub. Tel-Əvivdən gələn təyyarənin Mahaçqala aeroportunda enişindən sonra bir qrup şəxs uçuş zolağına çıxıb. Onlar ölkəyə gələn yəhudilərin çıxarılmasını tələb ediblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.