
“Nəvələrimin doğma yurdda böyümələrini istəyirəm".
Bu sözləri “AVESTA.AZ”a keçmiş məcburi köçkün, Laçının 58 yaşlı sakini Kəmalə Həsənova deyib.
“Laçından çıxanda 27 yaşım var idi, indi 58 yaşımda Vətənə qayıdıram. Allah şəhidlərimizə rəhmət eləsin! Ordumuzu qorusun! Bu gün bizim üçün əziz və xoş gündür".
Keçmiş məcburi köçkün doğma yurduna qayıtdığına görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə sonsuz təşəkkürünü bildirib.
O, qeyd edib ki, hazırda qardaşının bərpa olunmuş evinə yola düşür:
"Qardaşım ata evinə qayıdır, mən də onunla birgə qayıdıram. Onun evi bərpa olunub, yaxın müddətdə öz evim də bərpa olunsun, nəvələrimin doğma yurdda böyüməyini istəyirəm”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.