
İsrailin xarici kəşfiyyat xidmətinin (Mossad – Qeyd) rəhbəri David Barnea Qətərə səfər edib.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.
Barnea həftə sonu Qətərə gedərək yüksək səviyyəli rəsmilərlə görüşüb və Qəzza zolağından 235-dən çox İsrail və əcnəbi vətəndaşın girovluqdan azad edilməsi səylərini müzakirə edib.
Nəşr vurğulayıb ki, Qətər hazırda girovların azad edilməsi məsələsində İsrail və Həmas arasında əsas vasitəçidir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.