31-10-2023, 02:00 525

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının heyəti Naxçıvana səfər edib

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat və onun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvana səfər edib.

“AVESTA.AZ”un yerli bürosu xəbər verir ki, tədbirdə çıxış edən Muhammad Nasar Hayat bildirib ki, Azərbaycan FAO-nun ən önəmli tərəfdaşlarından biridir və bu əməkdaşlığı inkişaf etdirmək istiqamətində çox səmərəli işlər görülür. Kənd təsərrüfatı məhsulları istehsalı baxımından Azərbaycanın ən cəlbedici bölgələrindən biri olan Naxçıvan Muxtar Respublikasını xüsusilə qeyd etmək lazımdır.

FAO Azərbaycan ofisi muxtar respublikada kənd təsərrüfatı korperativlərinin yaradılmasında, gənc və qadın fermerlərin təşəbbüslərinin dəstəklənməsi məqsədilə burada bir sıra layihələr həyata keçirməyi planlaşdırır, bu layihələrin digər regionlarımızda keçirilən layihələr kimi uğurlu olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyevin qonaqlara Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin salamlarını çatdırıb və onları Naxçıvanda görməkdən böyük məmnunluq duyduğunu bildirib. Qeyd olunub ki, FAO böyük təşkilatdır. Onun dünyada, həmçinin Azərbaycanda həyata keçirdiyi layihələr hər zaman uğurla nəticələnib. FAO Azərbaycanda milli, regional və qlobal səciyyəli layihələr həyata keçirir.

Diqqətə çatdırılıb ki, bu gün Naxçıvanda kənd təsərrüfatı sahəsində bir sıra layihələrin həyata keçirilməsinə ehtiyac var. Kənd təsərrüfatı sahəsində elmi-tədqiqata əsaslanan yeniliklərdən bəhrələnməyə, bu gün Naxçıvan fermerlərinin torpaq sahibkarlarının və digər sahibkarlıq subyektlərinin FAO-nun dəstəyinə ehtiyacı var. Heç şübhəsiz ki, FAO-nun Naxçıvanda fəaliyyəti kənd təsərrüfatının inkişafına uğur gətirəcək, bu sahədə mühüm yeniliklərə nail olunacaq.

Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova çıxışında qeyd edib ki, FAO dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycan Respublikasında artıq bir neçə layihə həyata keçirib. Həmin layihələr çərçivəsində xüsusilə kənd təsərrüfatının inkişafında uğurlu nəticələr əldə olunub. FAO-nun Naxçıvan Muxtar Respublikasında həyata keçirəcəyi layihə kənd təsərrüfatının inkişafında həm fermerlərin, həm kadrların yetişməsində, o cümlədən bitkiçilik və heyvandarlıq sahəsində uğurlar əldə olunacaq.

Tədbirdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəsinin müavini Bariz Mehdiyevin də çıxış edib. O bildirilib ki, FAO-nun Naxçıvanda həyata keçirəcəyi layihələrin icrası burada ərzaq və kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan kiçik və orta sahibkarların məhsuldarlığını artıracaq və bazara çıxışını asanlaşdıracaq.

Paylaş

Xəbər lenti

Bakıdan Təl-Əvivə uçuşlar bu tarixdən bərpa edilir Bu gün, 12:48 Gəncədə metaləritmə müəssisəsinin fəaliyyəti dayandırılıb Bu gün, 12:48 Bakıda İLGİNC CİNAYƏT: Gənc qız atasını talayıb gözəllik salonu açdı Bu gün, 12:48 Bakı-Sumqayıt yolunun 7-ci km-də GÜCLÜ YANĞIN Bu gün, 12:48 İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilir Bu gün, 12:48 Hikmət Hacıyev xarici diplomatların Laçına səfərindən video paylaşıb Bu gün, 12:48 62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar Bu gün, 12:48 Bakıda yaddaşını itirmiş qadın axtarılır Bu gün, 12:48 Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb Bu gün, 11:48 Hikmət Hacıyev Şuşadan hərbi attaşelərlə foto paylaşıb Bu gün, 11:48 Şəkidə canavarlar kəndə HÜCUM EDİB: Təsərrüfatlara ciddi ziyan dəyib Bu gün, 11:48 Moldovanın energetika naziri Dorin Junqietu Azərbaycana səfər edəcək Bu gün, 11:48 DİN həftəsonu bölgələrə səfərə çıxan sürücüləri diqqətli olmağa çağırıb Bu gün, 11:48 Uzunömürlülər ən çox bu BÜRCDƏN olur Bu gün, 11:48 Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb Bu gün, 11:48 Aeroport şosesində qəza baş verib, sıxlıq yaranıb Bu gün, 11:48 "Qarabağ" Zubirə əvəzləyici tapdı Bu gün, 10:48 Məşhur general professor oldu Bu gün, 10:48 Nyu-York merinin Azərbaycana qarşı qərəzli kampaniyasına cavab olan petisiyanı sən də İMZALA! Bu gün, 10:48 MM Komissiyası: Ermənipərəst dairələr Ermənistanla Azərbaycan arasındakı kövrək sülh prosesinə zərbə vurmağa çalışır Bu gün, 10:48 Muhammad Nasar Hayat: FAO Qarabağda yeni layihələr planlaşdırır Bu gün, 10:48 Diplomatik korpusun nümayəndələri Şuşada sağlamlıq mərkəzinin işi ilə tanış olub Bu gün, 10:48 Sumqayıtda dəhşətli durum: "Hər il çökə-çökə gedir" Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında XXX tura bu gün start veriləcək Bu gün, 09:48 Diplomatik korpusun nümayəndələri Şuşadakı xalça muzeyi ilə tanış olublar Bu gün, 09:48 Bu gün Hafiz Paşayevin doğum günüdür Bu gün, 09:48 Xarici diplomatlar Şuşada yeni inşa edilən məsciddə olub Bu gün, 09:48 Xarici diplomatlar Şuşada Qazançı kilsəsinə baş çəkib Bu gün, 09:48 SEPAH: Xamenei Fars körfəzinin idarə olunması qaydasını müəyyən edəcək Bu gün, 00:48 Ağ Ev Konqresə İranla müharibənin bitdiyini bəyan edib Bu gün, 00:48 "TAĞIYEV: MƏKTƏB" bədii filminin təqdimat mərasimi keçirildi Bu gün, 00:48 Əraqçi Lavrov ilə ABŞ-İran danışıqlarını müzakirə edib Dünən, 23:48 Milli Yaşıl Taksonomiya təsdiq edilib Dünən, 23:48 Naib Əlizadə ilə bağlı ƏMR Dünən, 23:48 Azərbaycan EBRD ilə Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafını müzakirə edib Dünən, 23:48 Tramp Konqresdən İrana qarşı hərbi əməliyyatların müddətini uzatmağı xahiş etməyəcək Dünən, 23:48 Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamə gülünc doğurur Dünən, 22:48 May ayında bu meyvələri yemək məsləhət deyil - SİYAHI Dünən, 22:48 9-cu sinif şagirdi 292.5 bal toplayıb Dünən, 22:48 Tramp: Aİ-dən avtomobil idxalına görə rüsumları 25% artırılacaq Dünən, 22:48 Deputat: Azərbaycan Avropa Parlamentinə adekvat cavab verib, aydın mesaj göndərib Dünən, 22:48 Ağdamda avtomobillər toqquşub, 2 nəfər ölüb, 4-ü xəsarət alıb Dünən, 21:48 Süni intellektlə ev tapşırığını yazan şəxslərə XƏBƏRDARLIQ Dünən, 21:48 Okamponun gizli şəbəkəsi ifşa olundu: Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır? Dünən, 21:48 Bakıda 257 nömrəli məktəbdə nə baş verir? - RƏSMİ AÇIQLAMA Dünən, 21:48 Rəşad Mehdiyevin yeni əsərləri təqdim edilib Dünən, 21:48 Azərbaycan Tennis və Padel Federasiyasına yeni prezident seçildi Dünən, 20:48 "Real Madrid" Mourinyoya təklif göndərib? - Özü cavab verdi Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR