
“Bakıya qələbə ilə qayıtmaq istəyirik”.
Bunu “AVESTA.AZ”a açıqlamasında “Sabah”ın amerikalı basketbolçusu Smit Donovan Çexiya klubu “Nimburk”a qarşı keçiriləcək FİBA Avropa Kubokunun müntəzəm mövsümünün III turunun oyunu ilə bağlı danışarkən deyib.
29 yaşlı mərkəz hücumçusu qrupda keçirdiyi ilk iki görüşündə qələbə qazanan rəqibin güclü olduğunu bildirib: “Nimburk” yaxşı komandadır. Buna baxmayaraq, fikrimcə, burada qələbə qazana bilərik. Rəqibin keçidləri çox təhlükəlidir. Bu səbəbdən onların sürətli çıxışlarının qarşısını almalıyıq”.
S.Donovan yeni startı verilən Azərbaycan Basketbol Liqası barədə də müsbət fikirdədir: “Azərbaycan çempionatı yaxşı basketbolçuların çıxış etdiyi yarışdır. Mövsümün necə davam edəcəyini görəcəyik”.
Qeyd edək ki, noyabrın 1-də keçiriləcək “Nimburk” – “Sabah” oyunu Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Hazırda “Nimburk” 4 xalla D qrupunda liderlik edir. “Sabah”ın isə hesabında 2 xal var.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.