31-10-2023, 17:37 879

"Fransa rəsmilərinin Azərbaycan və Türkiyəyə qarşı insan haqları,demokratiya ilə bağlı iradlar səsləndirməsi gülüncdür".

Bunu "AVESTA.AZ"a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Cavanşir Feyziyev deyib.

Deputatın sözlərinə görə, Yelisey sarayından verilən açıqlamalar və bəyanatlar, eləcə də İrəvana edilən ardıcıl səfərlər onu göstərir ki, Cənubi Qafqazda baş verən hadisələrə münasibətdə Fransa prezidenti Emmanuel Makronun öz siyasi taktikası, strategiyası yoxdur: "O sadəcə Türkiyənin Cənubi Qafqaz siyasətini təqlid etməkdən fərqli bir şey düşünə bilmir. Ancaq regiona münasibətdə Türkiyə ilə Fransa arasında mühüm fərqlər var. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və hökumət rəsmilərinin Azərbaycana səfərlərinin artması Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrlə bağlıdır. Fransa rəsmilərinin Ermənistan gəzintiləri isə məramı o qədər də aydın olmayan, nəticəsi iflasa uğrayacağı indidən bəlli olan diletantlıqdan başqa bir şey deyil. Fransanın xarici işlər naziri Katrin Kolonanın ardınca İrəvana səfər etmiş mədəniyyət naziri Rima Əbdül Mələkin səsləndirdiyi bəyanatlar və Azərbaycana qarşı irəli sürdüyü iddialar da bu diletantlığın növbəti təzahürüdür”.

O qeyd edib ki, beynəlxalq siyasətin bütün platformalarında xüsusi canfəşanlıq nümayiş etdirən fransız siyasətçiləri siyasi korrupsiyanın klassik nümunələridir: “Bunu hamı bilir, amma korrupsiyaya qarşı araşdırmalar aparan və hesabatlar hazırlayan beynəlxalq təşkilatlar susmağa üstünlük verirlər. Fransanın ədalətsiz olaraq BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması ona qarşı mümkün tənqidlərin qarşısını alır. Yelisey sarayı dünya birliyinin ona verdiyi bu imtiyazdan sui-istifadə edir. Əgər belə olmasaydı, elə həmin beynəlxalq təşkilatlar ölkə daxilində və onun hələ də müstəmləkə əsarətində saxladığı ölkələrdə insan haqlarının kobud şəkildə tapdalanmasına göz yummazdılar”.

Parlamentari vurğulayıb ki, dövlət səviyyəsində vətəndaşlara qarşı aparılan dini və irqi ayrı-seçkilik siyasəti müasir Fransanın bugünkü simasıdır: “Vaxtilə işğal etdiyi və bu gün də əsarətdə saxladığı xalqların azadlığını, dilini, dinini və ənənələrini tanımaqdan imtina edən Paris rəsmilərinin hansısa dövlətə, xüsusilə Azərbaycana və Türkiyəyə qarşı insan haqları, demokratiya və başqa yüksək materiyalarla bağlı iradlar səsləndirməsi gülünc və absurddur. Dəniz aşırı ərazilərini orta əsrlər qaydaları ilə idarə edən, o ərazilərin əhalisini kütləvi qırğınlara məruz qoyan, təbii resurslarını vəhşicəsinə soyub talayan, mədəniyyətini məhv edən bir dövlətin məmurlarının erməni “təəssübkeşliyini” anlamaq çətin deyil. Onlar Ermənistanı özlərinin yeni müstəmləkəsinə çevirməyə çalışırlar. Qərbi Afrikada itirdikləri nüfuz və səlahiyyətlərini İrəvan üzərində bərpa etməyə çalışırlar. Türkiyə və Azərbaycan Fransanın Cənubi Qafqaza hər hansı təsirini neytrallaşdırmaq üçün kifayət qədər gücə və siyasi iradəyə sahibdirlər”.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR