31-10-2023, 20:45 780

Ermənidən etiraf: “4-cü əsrdən qaraçı kimi köçürük” - Qərbi Azərbaycan Xronikası

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Göyçə və Zəngəzurdan ermənilər çıxır, kəndlər boşalıb” adlı veriliş efirə gedib.

“Report” xəbər verir ki, verilişdə Ermənistanda ciddi demoqrafik fəlakətin yaşandığı qeyd olunur.

Bildirilir ki, son 50-60 il ərzində aldadılaraq gətirilib məskunlaşdırılan ermənilər Zəngəzur, Göyçə, Pəmbək, Loru və digər dağlıq ərazilərdə yaşaya bilmədikləri üçün köçürlər. Bu bölgələr tam boşalmaq üzrədir. Ən ağır durum Göyçə mahalındadır. Burada onlarla boşalmış evlər göz önündədir. Ermənistan mətbuatının yazdığına görə, son illər ərzində Göyçə mahalının əhalisi 25 min, Zəngəzurun isə 27 min azalıb. Erməni jurnalistlərinin bölgələrdən hazırladığı reportajlarda bu acı gerçək daha qabarıq görünür.

Diqqətə çatdırılır ki, reportajdan və erməni mətbuatında vaxtaşırı verilən təhlillərə əsasən, ilk növbədə gənclər bölgəni kütləvi şəkildə tərk edir: “Bütövlükdə ümidsizlik, həmçinin ölkənin dalana çevrilməsi ucbatından yaranan sabaha inamsızlıq əhalini normal yaşayış üçün xarici ölkələrə üz tutmağa vadar edir. Həmçinin ölkənin ağır iqtisadi vəziyyəti də bu prosesi sürətləndirir. Ermənistan KİV-nin məlumatına görə, Göyçə və Dərəçiçək mahalları ərazisində əhalinin 50%-dən çoxu yoxsul vəziyyətində yaşayır”.

Vurğulanır ki, Qarabağdan gələn əhali də bu vəziyyəti görüb fürsətdən yararlanaraq qaçqın kimi Avropaya üz tutmaq istəyirlər: “Ermənistanda onları aclıq və səfalət gözlədiyindən yaranmış vəziyyətdən faydalanmaq üçün Fransa səfirliyi önündə aksiyaları davam etdirilər. Onlar humanitar sığınacaq tələb edir və söyləyirlər ki, artıq 4 mindən çox Qarabağ ermənisi Ermənistanı tərk edib. Buna səbəb isə Ermənistanın gələcəyinin yoxluğudur. Ermənistan hakimiyyəti heç vaxt bizim üçün heç nə etməyib. Qabaqda bizim üçün evlər tikilirdi və bu evlərin tikintisinə guya 21 milyard dramdan çox pul ayrılıb. Axırda Qarabağı itirdik. Hər şeydə Rusiya və Qarabağ hakimiyyəti günahkardır, bütün sakinləri aldatdılar. 2020-ci ildə hansısa sənədlərə qol çəkdilər, axırda hamımız belə vəziyyətə düşdük, bilmirik ki, bizi qarşıda nə gözləyir”.

Verilişin sonunda qeyd olunur ki, 1988-ci ildə Ermənistanda öz tarixi yurdlarından dinc əhalini xüsusi amansızlıq ilə qovub, evlərini, mülklərini, talan edib, tarixi, mədəni abidələrini dağıdan, vandalizm törədən Ermənistan Qarabağda Azərbaycan əhalisinə qarşı törətdiyi ən qəddar cinayət və xüsusi amansızlıqla dağıdıcı əməllərinə görə təzminat vermək əvəzinə, daha rahat yaşamaq üçün xarici ölkə səfirliklərinin qarşısına yığışan erməniyə görə təzminat tələb etməsi erməni həyasızlığından başqa bir şey deyil: “Bu əsl erməni xislətidir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş oktyabrın 31-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR