2-11-2023, 14:44 645

Agentlik:

"Erməni ifaçı azərbaycanlı bəstəkarın musiqi əsərini oğurlayıb".

"AVESTA.AZ" xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyinin Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin “Sənə qurban” adlı musiqi əsərinin erməni ifaçı tərəfindən “Garun” adı ilə mənimsənilməsi barədə şərhində qeyd olunub.

Bildirilib ki, 1968-ci ildə Azərbaycan radiosunun “Qızıl fondu”na daxil edilən görkəmli Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin “Sənə qurban” adlı musiqi əsərinin ermənilər tərəfindən “Garun” adı altında mənimsənilərək ifa edilməsi və "Youtube"da yayılması faktı Əqli Mülkiyyət Agentliyində araşdırılıb: "İfa olunan “Garun” adlı musiqi əsəri Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin “Sənə qurban” musiqi əsəri ilə üst-üstə düşür. Bildiririk ki, “Sənə qurban” əsəri Ələkbər Tağıyevin Azərbaycan şairi Mikayıl Müşfiqin sözlərinə bəstələdiyi və ilk dəfə Zeynəb Xanlarova tərəfindən 1968-ci ildə ifa edilmiş mahnıdır. Bəstəkar Ə.Tağıyevin “Sənə qurban” mahnısı (sözlərin müəllifi kimi Mikayıl Müşfiqin adı göstərilib) 1978-ci ilin 10 iyun tarixində Əqli Mülkiyyət Agentliyində (agentlik həmin vaxt Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan Respublikası Şöbəsi adlanırdı) qeydiyyata alınıb. Sonralar bu mahnı erməni müğənnilər Tiqran Asatryan, Spitakci Hayko, erməni əsilli İran-ABŞ pop ifaçısı Andranik Madadyan və başqaları tərəfindən erməni dilində "Garun" (azərb. Bahar‎) adı ilə ifa edilib. Bütün arxiv sənədləri “Sənə qurban” mahnısının Azərbaycan müəlliflərinə məxsus olduğunu göstərir. Azərbaycanın Xalq artisti Z.Xanlarova xarici ölkələrdə, o cümlədən Ermənistan da daxil olmaqla keçmiş SSRİ-nin hər bir respublikasında qastrol səfərlərində olarkən bu mahnını dəfələrlə ifa edib.

Vurğulanıb ki, erməniəsilli ifaçı A.Madadyan isə Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin “Sənə qurban” mahnısını mənimsəyərək onun sözlərini dəyişib və izi itirmək məqsədilə “Garun” (Bahar) adı ilə oxuyub. Qeyd edilən fakt uzun illərdən bəri davam edən erməni ədəbi və musiqi oğurluğunun növbəti bir nümunəsidir. "Youtube" kanalında yerləşdirilmiş “Garun” adlı musiqi əsəri haqqında verilən məlumatda Ələkbər Tağıyevin adı göstərilməməklə müəllifin şəxsi hüquqları, Youtube kanalında kommersiya məqsədilə yerləşdirilməsi nöqteyi nəzərdən isə Ələkbər Tağıyevin əmlak hüquqları pozulmuşdur. Əqli Mülkiyyət Agentliyi tərəfindən mütəmadi olaraq Azərbaycan xalqına məxsus olan müəllif əsərlərinin, folklor nümunələrinin və digər qeyri-maddi mədəni irs nümunələrinin uzun illərdən bəri ermənilər tərəfindən zaman-zaman oğurlanması, mənimsənilməsi və erməni nümunələri kimi təqdim olunması hallarına qarşı mübarizə aparılır, hər bir fakt üzrə araşdırmalar aparılaraq tarixi əsaslara söykənən və həmin əsərlərin Azərbaycan xalqına məxsus olmasını danılmaz faktlarla sübut edən arayışlar hazırlanır, kütləvi informasiya vasitələrində yayılır".

Paylaş

Xəbər lenti

Zooparkda pələng kişini diri-diri yedi Bu gün, 00:48 Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür Bu gün, 00:48 Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik Dünən, 23:48 Ramzan Kadırovun Azərbaycana səfəri ilə bağlı videoicmal Dünən, 23:48 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi Dünən, 23:48 Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb Dünən, 23:48 Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib Dünən, 23:48 Tramp ukraynalıları yeni prezident seçməyə çağırıb Dünən, 23:48 Gəncədə atasını yuxudan oyadan oğul həbs olundu Dünən, 23:48 "Isaias" qasırğası ABŞ-nin cənub-şərqində tələfatlara səbəb olub Dünən, 22:48 İsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərini zərərsizləşdirdi Dünən, 22:48 WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib Dünən, 22:48 SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb Dünən, 22:48 Azərbaycan Basketbol Liqası: "Neftçi" "Ordu"nu məğlub edib Dünən, 21:48 "Artıq "ana" yox, "hamilə valideyn" deməliyik!" – Tramp Dünən, 21:48 FT: ABŞ Rusiyanın neft zavodlarına zərbələrə görə Ukraynanı məlumat ötürməməklə hədələyib Dünən, 21:48 Uşanqi Kokauri: "Finalda daha çox taktiki səhvlərə yol verdim" Dünən, 20:48 Rəşad Aslanov: Türk dünyasının gələcəyi gənclərin əməkdaşlığından asılıdır Dünən, 20:48 Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək Dünən, 20:48 Goranboyda qəza olub, xəsarət alanlar var Dünən, 20:48 Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb Dünən, 19:48 Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA Dünən, 19:48 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı Dünən, 19:48 Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb Dünən, 19:48 8 Noyabr prospektində güclü yanğın başlayıb Dünən, 19:48 Azərbaycan cüdoçuları dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar Dünən, 19:48 Ötən gün axtarışda olan 84 nəfər tutulub Dünən, 18:48 Bakıdan Tbilisiyə yeni qatar reysləri: Qiymətlər düşdü, bəs sıxlıq azalacaq? Dünən, 18:48 Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub Dünən, 18:48 "Kara Haydar"ın 1 milyard 541 milyonluq daha bir kassası üzə çıxdı Dünən, 18:48 Yeni qayda pensiya məbləğlərinə necə təsir edəcək? Dünən, 18:48 Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu Dünən, 18:48 "LANDAU Lions" Azərbaycan Basketbol Liqasının II turunda NTD-ni məğlub edib Dünən, 17:48 Məktəblilər belə geyinməlidirlər Dünən, 17:48 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb Dünən, 17:48 Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil" Dünən, 17:48 "Azərişıq": Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir Dünən, 17:48 Masazırda 4 maşın niyə yanıb külə döndü? - "Partlayış səsi gələndə..." Dünən, 17:48 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib Dünən, 16:48 Rəsmi portalda pensiya kapitalında azalmalar olub? Dünən, 16:48 Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm Dünən, 16:48 Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı "Bakı Ağ Şəhər"də olublar Dünən, 16:48 Rza Zərrabın həyat yoldaşının adı milyardlarla dollarlıq FOND QALMAQALINDA Dünən, 16:48 Qonşu ölkənin siqaret satışında YENİ QAYDA: Şəxsiyyət vəsiqəsi tələb olunacaq Dünən, 16:48 İlham Əliyev Ramzan Kadırovu qəbul edib Dünən, 16:48 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi Dünən, 16:48 Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər Dünən, 16:48 Azərbaycanın MDB-də sədrliyi qarşıdakı dövrdə ölkəmizə mühüm imkanlar yaradır - RƏY Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR