
İranın Sistan-Bəlucistan əyalətinin Bəmpur şəhərində polis patruluna hücum nəticəsində bir polis əməkdaşı ölüb, 4-ü yaralanıb.
“AVESTA.AZ” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran baş polis qüvvələri komandanı Əhmədrza Radan bildirib.
Məlumata görə, noyabrın 2-də gecə saatlarında 12-ci polis patrul xidmətinə hücum olub. Polis əməkdaşlarına hücumu “Ceyş əl-Zalm” adlı qruplaşmanın həyata keçirdiyi ehtimal olunur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.